T 212
İkisəviyyəli metal karkas üzərində KNAUF-superlövhələrdən ibarət asma tavan T 212. KNAUF komplekt sistemi.
KNAUF T 212 komplekt sistemi ikisəviyyəli metal karkasla asma tavanın yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir. Tavanın hazır konstruksiyası binanın konstruktiv (daşıyıcı) elementi deyildir, sonrakı dekorativ tamamlama üçün hamar tikişsiz səthə malikdir, Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-superlöhədən istifadə etməklə də yerinə yrtirilə bilər.
Tavanın əsas tikinti elementləri:
- KNAUF- gipslifli lövhə (GLL);
- tavan üçün TC 60/27 və istiqamətləndirici TU 28/27 metal KNAUF-profillər.
- Tavanın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.
Bu sistemin fərqləndirici xüsusiyyətləri: Asqılardan istifadə etməklə təməl (baza) tavana bərkidilən asma tavan karkasının əsas profilləri və KNAUF- gipslifli lövhələrin (GLL) bərkidildiyi daşıyıcı profillər müxtəlif səviyyələrdə yerləşir. KNAUF-gipslifli lövhələrlə üzlənmiş tavan yüksək möhkəmlik göstəricilərinə malikdir.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret tikinti vəzifəsinin həlli üçün zəruri olan texniki həllər, işlərin yerinə yetirilməsi (istehsalatı) üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
T 212 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Müxtəlif təyinatlı yerlərdə həm rekonstruksiya zamanı, həm də yeni tikintidə aşağıdakı məqsədlərlə istifadə olunur:
- tamamlama-bəzək işləri;
- konstruktiv-planlama məsələlərinin həlli;
- daşıyıcı tavnlarda əyriliklərin aradan qaldırılması;
- mühəndis kommunikasiyalarının gizli yerləşdirilməsi;
- daşıyıcı tavan konstruksiyalarının səs izolyasiyasının artırılması;
- akustika;
- tavan konstruksiyalarının odadavamlılığının artırılması.
- Quraşdırma prosesi
Quraşdırma (montaj) prosesi aşağıdakı mərhələləri əhatə edir: - asma tavanın karkasının layihə yerləşməsinin nişanlanması;
- karkasın yığıılması və bərkidilməsi;
- KNAUF- gipslifli lövhələrin (GLL) layihə üzrə yerləşdirilməsi və karkasa bərkidilməsi;
- KNAUF- gipslifli lövhələrin arasındakı tikişlərin bağlanması və lazım gələrsə bütün asma tavanın üzərinin məcunla suvaqlanması;
- asma tavanın üzərinin rənglənmədən və dekorativ örtükdən əvvəl astarlanması.
- Tövsiyələr
Asma tavanın quraşdırılması üzrə işlər layihənin və KNAUF texniki vərəqlərinin tələblərinə ciddi şəkildə müvafiq olaraq, quru və normal rütubətlik rejimlərində (СНиП 2-3-79*) və +15°C temperaturundan aşağı olmamaq şərtilə aparılmalıdır. Tavanların quraşdırılmasına tamamlama işləri dövründə, otaqda nəmliyi xeyli artıra bilən “yaş” proseslər bitdikdən sonra başlanmalıdır.
Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otağı, tualet), mətbəxlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur.
Tavan karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, onların gipskarton lövhələrin bərkidilməsi zamanı karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı olmasın.
T 212 asma tavanlarının rənglənməsini su-dispersiyalı boyalarla yerinə yetirmək tövsiyə edilir. Əhəngli və maye-şüşəli boyaların çəkilməsi yolverilməzdir.
KNAUF-lövhələrdən ikisəviyyəli metal karkasda T 212 tipli asma tavan komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki T 21 məlumat vərəqinə və T 11 Texniki vərəqinə bax.
- T 212 komplekt sistemi konkret inşaat tapşırığını – asma tavanın yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
- Asma tavanın yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
- Əmək məhsuldarlığı xeyli artır.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikintiyə çəkilən xərclərdə ümumi qənaətə nail olunur.
- Tavanların ideya baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
- Hazır tavan tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
- T 212 asma tavanlarının səthləri hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: rənglənmə, divar kağızları ilə üzlənmə, dekorativ suvaqlama və s.
- Otaqların istilik və səs-izolyasiya (səsudma) keyfiyyətləri artır.
- Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı –KNAUF- gipslifli lövhə “nəfəs almaq”, yəni izafi olduqda rütubəti udmaq və ətraf mühitdə rütubətlilik aşağı endikdə onu yenidən “geri qaytarmaq” xüsusiyyətinə malikdir.
Göstəricilər | Ölçüləri |
Tavanın 1 kvadrat metrinin çəkisi | 15 kq-a qədər |
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi | 1 m² üçün miqdar |
1 | KNAUF-superlövhə (GLL,GLLN) 10 mm | m2 | 1,0 |
2 | KNAUF-profili TC 60/27 | m | 3,2 |
3 | Profil uzadıcısı 60/27 | əd | 0,6 |
4 | Tikiş lenti | m | 1,2 |
5 | İkisəviyyəli birləşdirici 60/27 | əd | 2,3 |
6a | Yaylı asqı 60/27 | əd | 1,3 |
6b | Asqı teli | əd | 1,3 |
və ya əvəzinə | |||
6c | Birbaşa asqı 60/27 | əd | 1,3 |
6d | Şurup LN 9 | əd | 2,6 |
7 | Özüyivaçan şurup MN25 | əd | 17,0 |
8 | Anker elementi | əd | 1,3 |
9 | Ayırma lenti 50 mm | m | * |
10 | KNAUF-Fugen (Fugenfüller) məcunu | kq | 0,4 |
11 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,1 |
* miqdarı məkanın perimetrinə uyğundur.