20 May 2016
Qərb Universitetin nəzdində “KNAUF İnformasiya Mərkəzi” açıldı
Qərb Universitetin nəzdində “KNAUF İnformasiya Mərkəzi” açıldı
Ölkəmizdə, tələbələr, gənc mütəxəssislər müntəzəm olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində KNAUF Tədris-Məsləhət Mərkəzi və № 4, №14 Peşə Məktəbləri bazasında olan KNAUF Resurs Mərkəzlərində innovativ Knauf məhsulları və sistemləri ilə yaxından tanış ola bilərlər və habelə işin praktiki vərdişlərini əldə edə bilərlər.
Daha ətraflı >>>06 May 2016
80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun sponsorluqu
80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun sponsorluqu
"Knauf Marketing Baku" Şirkəti və Azərbaycan Memarlar İttifaqı ilə səmərəli əməkdaşlıq çərçivəsində bu il İttifaqının yaranmasının 80 illiyinə həsr olunmuş Yeni Poçt Markaların nəşrinin baş sponsoru kimi "Knauf Marketing Baku" Şirkəti çıxış edib.
May ayının 6-da Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun təqdimatı keçirilib.
Daha ətraflı >>>03 May 2016
KNAUF Şirkəti İnşaat Kollecinin tələbələrini sertifikatlandırdı
KNAUF Şirkəti İnşaat Kollecinin tələbələrini sertifikatlandırdı
İnşaat Kollecinin 102 a1 və 82a1 qruplarında təhsil alan tələbələri Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində KNAUF Tədris Məsləhət Mərkəzində təcrübə keçiblər. Təcrübə ərzində tələbələrə gips və onun xüsusiyyətləri, quru inşaat sistemlərində istifadə olunan alətlərlə tanışlıq və onlarla işləmə qaydaları, gipskarton lövhələr, gipskarton sistemlərin karkasları, D111, D112, D113 tipli arakəsmə konstruksiyaları, AQUAPANEL sement plitələri, xüsusi təyinatlı lövhələr, cleaneo akustik lövhələr və AMF tavanlar və s. haqqında məlumat verilib, tətbiqi sınaqdan keçirilib.
Daha ətraflı >>>04 May 2016
Azərbaycan Memarlıq və İnşaat Universitetinində rəsmi görüş
Azərbaycan Memarlıq və İnşaat Universitetinində rəsmi görüş
4 may 2016-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin müvəqqəti işlər üzrə müvəkkili cənab Dok. Folker Berreshaym və Knauf şirkətinin baş rəhbəri Samir Quliyevi qəbul etmişdir.
Daha ətraflı >>>27 Aprel 2016
«KNAUF MATERİALLARI – GƏNC MEMARLARIN SEÇİMİ!» adlı müsabiqənin təqdimatı
«KNAUF MATERİALLARI – GƏNC MEMARLARIN SEÇİMİ!» adlı müsabiqənin təqdimatı
Aprel ayın 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin və Qərb Universitetinin Dizayn kafedrasının 4-ci kurs tələbələri üçün «KNAUF MATERİALLARI – GƏNC MEMARLARIN SEÇİMİ!» adlı müsabiqənin təqdimatı keçirilmişdir.
Daha ətraflı >>>25 Oktyabr 2015
Bakubuild sərgisi 2015
Bakubuild sərgisi 2015
Oktyabrın 24-dən 21-dək Bakıda "Xəzər İnşaat Həftəsi"-nin başlanğıcı olan 21-ci Azərbaycan Beynəlxalq "Tikinti" Sərgisi - Bakubuild 2015 keçirilib. Sərgi Bakı Ekspo Mərkəzinin bütün pavilyon və açıq meydançalarını tutub, 35 ölkədən 535 şirkəti qəbul edib. "KNAUF Marketing Baku" şirkəti ənənəvi olaraq bu sərgidə iştirak edib.
Daha ətraflı >>>10 Oktyabr 2015
İkinci Bakı beynəlxalq memarlıq müsabiqəsi
İkinci Bakı beynəlxalq memarlıq müsabiqəsi
2015-ci il oktyabrın 7-dən 9-dək Bakıda Beynəlxalq Memarlar İttifaqının dəstəyi və Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı beynəlxalq memarlıq müsabiqəsi keçirilib. Bu memarlıq bayramının əsas sponsorlarından biri kimi "KNAUF Marketing Baku" şirkəti çıxış edib.
Daha ətraflı >>>21 Sentyabr 2015
"Memarlıq Fizikası" dərsliyinin nəşri
"Memarlıq Fizikası" dərsliyinin nəşri
Memarlıq-inşaat təhsilin inkişafına dəstək "Knauf Marketing Baku" şirkətinin Azərbaycanda fəaliyyətinin prioritet sahələrindən biri sayılır. Bu işin ayrılmaz hissəsi tikinti sahələrindəki tələbə və mütəxəssislər üçün yeni dərsliklərin nəşridir.
Daha ətraflı >>>01 Avqust 2015
Günəşli Azərbaycanda avropa oyunları
Günəşli Azərbaycanda avropa oyunları
2015-ci il iyunun 12-dən 28-dək Bakıda Avropa qitəsinin tarixində İlk Avropa Oyunları keçirilib. Avropanın 50 ölkəsindən ümumilikdə 6 min idmançı 23 idman növündə (onların arasında güləş, voleybol, həndbol, cüdo, taekvondo, boks, güllə atıcılığı, badminton, üzgüçülük və s. olmaqla) medallar uğrunda mübarizə aparmaq üçün Bakıya gəlib.
Daha ətraflı >>>26 Oktyabr 2014
"Knauf Marketing Baku" MMC Bakubuild 2014 Sərgisində
"Knauf Marketing Baku" MMC Bakubuild 2014 Sərgisində
22-25 oktyabr 2014-cü il tarixlərində Bakıda 20-ci Yubiley Azərbaycan Beynəlxalq "İnşaat" Bakubuild 2014 Sərgisi keçirilmişdir. Dünyanın 29 ölkəsindən 490-dan çox şirkət Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında öz ekspozisiyalarını təqdim etmişlər. Bu yubiley sərgidə "Knauf Marketing Baku" MMC ənənəvi olaraq geniş miqyasda iştirak etmişdir.
Daha ətraflı >>>19 Oktyabr 2014
"Knauf Marketing Baku" MMC XXIII Beynəlxalq baxış-müsabiqəsinin sponsorlarında biri kimi çıxış etdi
"Knauf Marketing Baku" MMC XXIII Beynəlxalq baxış-müsabiqəsinin sponsorlarında biri kimi çıxış etdi
11-18 oktyabr 2014-ci il tarixində Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın ın (MOOCAO), Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda memarlıq və dizayn ixtisasları üzrə ən yaxşı buraxılış işlərinin XXIII Beynəlxalq baxış-müsabiqəsi keçirilib.
Daha ətraflı >>>26 Oktyabr 2013
“Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans
“Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans
24-25 oktyabr 2013-cü ildə Bakı şəhərində “Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. Təşkilatçılar qismində KNAUF MDB qrupu və Azərbaycan Memarlıq və İnşaat Universiteti çıxış etdilər.
Daha ətraflı >>>26 Oktyabr 2013
"Knauf Marketing Baku" MMC-nin Baku Build 2013 Sərgisində
"Knauf Marketing Baku" MMC-nin Baku Build 2013 Sərgisində
23-26 oktyabr 2013-cü il tarixində Bakıda "Knauf Marketing Baku" MMC-nin ənənəvi iştirak etdiyi növbəti 19-cu Azərbaycan Beynəlxalq "İnşaat" Baku Build 2013 Sərgisi keçirildi. Sərgidə dünyanın 29 ölkəsindən 480 şirkət istirak etdi. Bu il, 4 tərəfdən açıq, 64 m²-lik sahədə Knauf şirkəti öz məhsullar qrupları və inşaat həllərini maksimal dərəcədə nümayiş etdirməyə çalışdı. Ön planda əsas vurğu quru inşaat qips qarışıqlarının təbliğatına yönəldilmişdi. Dünyada rəğbət qazanmış bu innovativ məhsulların yerli bazarda istehsalının başlanğıcı gündən-günə gözlənilir – yerli kadrlar tərəfindən yerli xammalla istehsal etmək Knauf şirkətinin əsas fərqləndirici xüsusiyyətlərindəndir.
Daha ətraflı >>>