D 381
Bir qat metal karkas üzərində bir qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə D 381. Knauf Komplekt Sistemi.
KNAUF D 381 komplekt sistemi - bir qat AKVAPANEL®Daxili lövhələri ilə iki tərəfdən üzlənmiş profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün gərəkli olan materiallar dəstidir.
Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işlərin istehsalatı üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 381 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Müxtəlif tipli sahələrdə (otaqlarda), o cümlədən nəm və yaş istsmar rejimli otaqlarda daxili mühafizəedici konstruksiya kimi tətbiq olunur.
Çox hündür olmayan, odadavamlılıq və səs izolyasiyası tələblərinin yüksək olmadığı sahələrdə istifadəsi daha məqsədəuyğundur.
Rütubətliliyin yüksək olduğu sahələrdə istifadə etmək tövsiyyə olunur:
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
AKVAPANEL®Daxili lövhəsindən Bir qat metal karkas üzərində bir qatlı Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 35 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 6 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 75 — 125 mm. |
Səs izolyasiya indeksi, Rw | 48 dB. |
Odadavamlılıq həddi | EI 45. |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | AKVAPANEL® Daxili | m | 2 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 [1,3] |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 2,0 |
4 | Şurup SN 25 | əd | 30 |
5 | Tikiş yapışdırıcısı | ml | 100 |
6 | Dübel K 6/35 | əd | 1,6 |
7 | Kipləşdirici lent | m | 1,2 |
8 | Mineralmahlıclı plitə | m2 | 1,0 |
[] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün AKVAPANEL® Daxili lövhəsinin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.