D 367
Bir qat metal karkas üzərində üç qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə D 367. knauf Komplekt Sistemi
KNAUF D 367 komplekt sistemi - aralarında 0,5 mm qalınlıqlı, sinklənmiş polad lövhədən ara qatları olan və hər iki tərəfdən üç qat KNAUF-gipslifli lövhələrlə üzlənmiş metal profil karkasdan ibarət arakəsmələrin yaradılması üçün zəruri olan materiallar dəstidir. Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də hazırlana bilər.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 367 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Yüksək odadavamlılıqdan başqa, metal lövhədən istifadə hesabına yüksək möhkəmliyə də malikdir.
Tətbiq sahəsi
Yaşayış, ictimai və sənaye-istehsalat binalarında yaşayış otaqları, mehmanxana nömrələri, iş otaqları, ümumi istifadədə olan otaqlar arasında arakəsmələrin qurulması və həmin sahələrin müdaxilələrdən müdafiəsi üçün tətbiq olunur..
KNAUF D 367 komplekt sistemi aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:
Yanğın təhlükəsizliyi ilə bağlı tələblərin yüksək olduğu sahələrdə istifadəsi tövsiyyə edilir. D 367 arakəsməsi СНиП 21-01-97*-nin 5.14 bəndinin tələblərinin yerinə yetirilməsi şərti ilə yanğına qarşı sədd qismində istifadə oluna bilər.
Onun tətbiqi konstruktiv sistem və tiplər, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, bina mərtəbələrinin sayı, eləcə də, tikintinin iqlim və mühəndis-geoloji şərtləri ilə məhdudlaşmır.
Səthi müxtəlif sonrakı son bəzək-tamamlama, məsələn, divar kağızının yapışdırılması, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
Tövsiyələr
KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa birləşmə kənarı üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dayaqlarının addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilməsi həyata keçirilir.
Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin konstruksiyalar və döşəmə əsasıilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.
D 367 Bir qat metal karkas üzərində üç qat KNAUF-lövhələrlə Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki K 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 103 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 9 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 177 mm-ə qədər |
Səs izolyasiya indeksi, Rw | 54 dB. |
Odadavamlılıq həddi | EI 150. |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm | m2 | 6,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 |
3 | KNAUF-profili DC 50/50 (65/50, 75/50, 100/50) | m | 4,0 |
4а | Şurup MN 30 | əd | 17 |
4b | Şurup MN 45 | əd | 23 |
4c | Şurup MN 55 | əd | 38 |
5 | Sinklənmiş polad | m2 | 4 |
6 | KNAUF-Fugen (Fugenfüller GL) məcunu | kq | 1,4 [2,0] |
7 | Tikiş lenti | m | 1,5 [2,2] |
8 | Dübel K 6/35 | əd | 0,7 |
9 | Kipləşdirici lent | m | 1,2 |
10 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,2 |
11 | Mineralmahlıclı plitə | m2 | 1,0 |
12 | KNAUF-künc profili KP | əd | ** |
** sifarışçinin istəyinə əsasən.
[] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.