D 116
İki qat aralı quraşdırılan metal karkas üzərində KNAUF-lövhələrdən ibarət ikiqat üzlüklü arakəsmə D116. Knauf komplekt sistemi.
KNAUF D 116 komplekt sistemi iki qat aralı yerləşən metal karkasda KNAUF-lövhələrdən (GKL) ikiqat üzlüklü arakəsmələrin yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.
KNAUF gipskarton üzlük lövhələrdən elementlərlə yığılma arakəsmələr daşıyıcı konstruksiyalar deyildir.
Arakəsmənin əsas elementləri:
KNAUF-lövhə (GKL);
istiqamətləndirdici DU və dayaq DC metal profillər.
Divarın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.
Bu sistemin fərqləndirici xüsusiyyətləri:
Kommunikasiya xətləri üçün boşluğu olan, hər iki tərəfdən iki qat KNAUF-lövhələrlə üzlənmiş metal profil karkasdan ibarətdir.
Karkas perimetr üzrə tikinti konstruksiyalarına bərkidilir və öz növbəsində karkasa şuruplarla bənd edilərək sərt konstruksiya əmələ gətirən KNAUF-lövhələr üçün daşıyıcı hissə hesab olunur.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 116 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi
СНиП 23-02-2003 üzrə quru və normal rütubətlilik rejimli müxtəlif tipli məkanlarda, bütün odadavamlılıq dərəcələrindən olan istənilən zonada, hətta seysmik rayonlarda belə tikilmiş yaşayış, mülki və sənaye-istehsalat binalarında tətbiq edilmək məqsədilə daxili sədd konstruksiyaları kimi tövsiyə edilir.
Yüksək möhkəmlik keyfiyyətləri və odadavamlılıqla yanaşı konstruksiya su, istilik və kanalizasiya kommunikasayalarının gizli çəkilməsini, həmçinin, avadanlığın görünmədən quraşdırılmasını təmin edir.
Həm rekonstriksiya zamanı, həm də yeni tikintidə istifadə olunur.
Odadavamlılıq üzrə xüsusi yüksək göstəricilər zamanı istifadəsi tövsiyə olunur.
Odadavmlılıq, istilik, və səs izolyasiyasına dair tələblər olduqda arakəsmənin gipskarton lövhələr arasındakı boşluq mineral lifli izolyasiya materialı ilə doldurulur.
Səth, sonraki bəzək-tamamlama işləri, məsələn, divar kağızlarının yapışdırılması, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
Arakəsmənin döşəməyə, tavana və daşıyıcı (baza) divarlara nəzərən layihə üzrə yerləşməsinin nişanlanması.
D 116 arakəsməsinin karkasının quraşdırılması.
Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün elektrik paylayıcısı və açar üçün özül detalların quraşdırılması.
Əvvəlcədən tikiş yerlərini örtməklə karkasın tərəflərindən birində tələb olunan qat sayı ilə şaquli-istiqamətləndirilmiş KNAUF-lövhələrin (GKL) quraşdırılması və bərkidilməsi.
Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasında izolyasiya materialının bərkidilməsi.
Əvvəlcədən tikiş yerl örtülməklə karkasın digər tərəfində tələb olunan qat sayı ilə KNAUF-lövhələrin (GKL) quraşdırılması və bərkidilməsi.
KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi və səthin dekorativ bəzək-tamamlama üçün astarlanması.
Təmiz döşəmə qurulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlanması.
Tövsiyələr
İşləri temperaturu +15°C-dən az olmayan səhədə və istismari rütubətlik rejimində aparmalı.
Yüksək rütubətli yerlərdə (mətbəxlər, sanitar qovşaqlar - vanna otaqları, tualetlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, özü də bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthi KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtülməlidir.
Arakəsmənin karkas məkanındakı elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-lövhələrin (GKLN) bərkidilməsi zamanı həmin naqillərin karkasın iti ucları və ya şuruplarla zədələnməsi ehtimalı olmasın.
D 116 iki qat paylaşdırılmış metal karkasda KNAUF-lövhələrdən ikiqatlı üzlüklərlə arakəsmənin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 11 Məlumat vərəqinə və D 116 (D 11) Texniki vərəqinə bax.
СНиП 23-02-2003 üzrə quru və normal rütubətlilik rejimli müxtəlif tipli məkanlarda, bütün odadavamlılıq dərəcələrindən olan istənilən zonada, hətta seysmik rayonlarda belə tikilmiş yaşayış, mülki və sənaye-istehsalat binalarında tətbiq edilmək məqsədilə daxili sədd konstruksiyaları kimi tövsiyə edilir.
Yüksək möhkəmlik keyfiyyətləri və odadavamlılıqla yanaşı konstruksiya su, istilik və kanalizasiya kommunikasayalarının gizli çəkilməsini, həmçinin, avadanlığın görünmədən quraşdırılmasını təmin edir.
Həm rekonstriksiya zamanı, həm də yeni tikintidə istifadə olunur.
Odadavamlılıq üzrə xüsusi yüksək göstəricilər zamanı istifadəsi tövsiyə olunur.
Odadavmlılıq, istilik, və səs izolyasiyasına dair tələblər olduqda arakəsmənin gipskarton lövhələr arasındakı boşluq mineral lifli izolyasiya materialı ilə doldurulur.
Səth, sonraki bəzək-tamamlama işləri, məsələn, divar kağızlarının yapışdırılması, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
Tövsiyələr
İşləri temperaturu +15°C-dən az olmayan səhədə və istismari rütubətlik rejimində aparmalı.
Yüksək rütubətli yerlərdə (mətbəxlər, sanitar qovşaqlar - vanna otaqları, tualetlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, özü də bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthi KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtülməlidir.
Arakəsmənin karkas məkanındakı elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-lövhələrin (GKLN) bərkidilməsi zamanı həmin naqillərin karkasın iti ucları və ya şuruplarla zədələnməsi ehtimalı olmasın.
D 116 iki qat paylaşdırılmış metal karkasda KNAUF-lövhələrdən ikiqatlı üzlüklərlə arakəsmənin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 11 Məlumat vərəqinə və D 116 (D 11) Texniki vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 50 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 6,0 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 220 mm va artıq |
Səs izolyasiya indeksi, Rw | 55 dB-ə qədər |
Odadavamlılıq həddi | EI 90 |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi | m² üçün miqdar |
1 | KNAUF-lövhə (GKL,GKLN, GKLO) | m² | 4,1 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 1,4 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 4,0 |
4a | Şurup TN 25 | əd. | 18 |
4b | Şurup TN 35 | əd. | 29 |
5 | KNAUF-Fugen (Fugenfüller) məcunu | kq | 1,4 |
6 | Tikiş lenti | m | 2,0 |
7 | Dübel K 6/35 | əd. | 3,2 |
8 | Kipləşdirici lent | m | 2,4 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,2 |
10 | Mineralmahlıclı plitə | m2 | 1,0 |
11 | KNAUF-künc profili KP | əd. | ** |
** sifarışçinin istəyinə əsasən.
[ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.