D 665
Daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində bir qat gipslifli Knauf-superlövhədən ibarət üzlük D 665. Knauf komplekt sistemi.
KNAUF D 665 komplekt sistemi ddaşıyıcı divardan aralı yerlə.dirilmiş metal karkasd üzərində gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.
Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-superlövhələrdən istifadə etməklə də yerinə yetirilə bilər.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 665 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Yaşayış, ictimai və istehsalat binalarında həm rekonstruksiya, həm də yeni inşaat zamanı aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:
Bu məqsədlərlə tətbiq olunur:
mühəndis kommunikasiyalarının gizlədilməklə quraşdırılması.
D 665 üzlüyü həmçinin, yanğın əleyhinə maneə qismində konstruktiv elementlər kimi istifadə oluna bilər. Onun tətbiqi inşaatın: konstruktiv sistem və tipləri, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, binanın mərtəbələrinin sayı, eləcə də iqlim və mühəndisi–geoloji şərtləri ilə məhdudlaşmır.
Yüksəldilmiş davamlılıq, eləcə də istilik və səsudma (izolyasiya) göstəriciləri olan üzlük daşıyıcı (baza) divara bərkidilmə çətin olduqda işə yarayır.
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı (məsələn, boyama, divar kağızları ilə üzləmə və s.) nəzərdə tutur.
Quraşdırma (montaj) prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
Tövsiyələr
Məcunlanmadan əvvəl gipslifli KNAUF-superlövhələrin (GLL) kənarları KNAUF-Tifenqrud astarlığı ilə işlənir. KNAUF-superlövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Xarici üzlənmənin haşiyə-kübələri (qovuşma yerləri) əvvəlcədən çəkilmiş məcun qatına batırmaqla qoyulan armaturlaşdırıcı kağız lentlə (sərpingə - yeri seyrək pambıq parça) gücləndirilir.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas imkanının olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) üzlüklərin sədd konstruksiyaları və döşəmənin binövrə-əsası ilə birləşmə yerləri KNAUF-Flexendixtband tipli hidroizolyasiya lenti ilə hermetikləşdirilir, səthi isə KNAUF-Flexendixt tipli hidroizolyasiya mastikası ilə işlənir.
D 665 daşıyıcı divardan çəkilmiş metal karkasda gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat üzləmə üzrə komplekt sistemin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 66 Məlumat vərəqinə və D 66 Texniki vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 18 kq-a qədər |
Üzlüyün maksimal hündürlüyü | 4 m*-ə qədər |
* sifarışçinin istəyinə əsasən.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm | m² | 1,0 |
2 | KNAUF-profili DU 75/40 (100/40) | m | 0,7(1,1) |
3 | KNAUF-profili DC 75/50, (100/50) | m | 2,0 |
4 | Şurup MN 30 | əd | 14(17) |
5 | KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu | kq | 0,3 (0,45) |
6 | Tikiş lenti | m | 0,75(1,1) |
7 | Dübel K 6/35 | əd | 1,6 |
8 | Kipləşdirici lent | m | 1,2 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,1 |
10 | Mineralmahlıclı plitə | m² | 1,0* |
11 | KNAUF-künc profili KP | əd | * |
* sifarışçinin istəyinə əsasən.
() mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipslifli lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.