D 363
Bir qat metal karkas üzərində üç qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə D 363. Knauf Komplekt Sistemi
KNAUF D 363 komplekt sistemi - arakəsmələrin yaradılması üçün hər iki tərəfdən üç qat KNAUF-gipslifli lövhələrlə (GLL) üzlənmiş profil metal karkasdan ibarət materiallar dəstidir.
Arakəsmə konstruksiyası həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də yerinə yetirilə bilər.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 363 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar müddətində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Digər arakəsmələrlə müqayisədə gücləndirilmiş yanğın təhlükəsizliyinə malikdir.
Tətbiq sahəsi
Yaşayış, ictimai və sənaye-istehsalat binalarında mehmanxana nömrələri, iş, yaşayış, ümumi istifadədə olan otaqların və s. arasında arakəsmələrin qurulmasında tətbiq olunur.
KNAUF D 363 komplekt sistemi aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:
Yüksək yanğın təhlükəsizli tələblərinin irəli sürüldüyü sahələrdə istifadəsi tövsiyyə edilir. D 363 arakəsməsi yanğınəleyhinə sədd qismində istifadə olunur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
Tövsiyələr
KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa bitişmə (fals) kənarı (BK) üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dirəklərinin addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilməsi həyata keçirilir.
Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin konstruksiyalar və döşəmə əsasıilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.
D 363 Bir qat metal karkas üzərində üç qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.
Digər arakəsmələrlə müqayisədə daha yüksək odadavamlılıq göstəricilərinə malikdir.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 97 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 9,5 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 175 mm-ə qədər |
Səs izolyasiya indeksi, Rw | 54 dB |
Odadavamlılıq həddi | EI 150. |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm | m2 | 6,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 4,0 |
4а | Şurup MN 30 | əd | 13 [14] |
46 | Şurup MN 45 | əd | 21 [22] |
4в | Şurup MN 55 | əd | 29 [30] |
5 | KNAUF-Fugen (Fugenfüller GL) məcunu | kq | 1,4 [2,0] |
6 | Tikiş lenti | m | 1,5 [2,2] |
7 | Dübel K 6/35 | əd | 1,6 |
8 | Kipləşdirici lent | m | 1,2 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,2 |
10 | Mineralmahlıclı plitə | m2 | 1,0 |
11 | KNAUF-künc profili KP | əd | ** |
** sifarışçinin istəyinə əsasən.
[] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.