D 386.1
İki qat aralı yerləşən metal karkas üzərində bir qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə D 386.1. Knauf Komplekt Sistemi.
KNAUF D 386.1 komplekt sistemi bir qat AKVAPANEL®Daxili lövhələri ilə hər iki tərəfdən üzlənmiş kommunikasiya üçün məkana malik iki qat profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün gərəkli olan materiallar dəstidir.
Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin görülməsi üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 386.1 komplekt sisteminin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Daxili sədd konstruksiyası kimi müxtəlif tipli sahələrdə tətbiq edilir. Çox hündür olmayan, odadavamlılıq və səs izolyasiyası tələblərinin yüksək olmadığı sahələrdə istifadəsi daha məqsədəuyğundur.
Həm rekonstruksiya (yenidənqurma), həm də yeni inşaatda tətbiq olunur.
Yüksək rütubətli sahələrdə istifadəsi tövsiyyə olunur:
Quraşdırma prosesi prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
İki qat aralı yerləşən metal karkas üzərində bir qat AKVAPANEL®Daxili lövhəsindən arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.
D 386.1 komplekt sistemi konkret inşaat tapşırığını – rütubətli və yaş istismar rejiminin mövcud olduğu sahələrdə yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 38 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 5,5 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 200 mm və daha artıq |
Səs izolyasiya indeksi, Rw | 56 dB-ə qədər |
Odadavamlılıq həddi | EI 45. |
Komplekt sistemin tərkibi
Möv.. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | AKVAPANEL® Daxili | m | 2,1 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 1,4 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 4,0 |
4 | Şurup SN 25 | əd | 35 |
5 | Tikiş yapışdırıcısı | ml | 100 |
6 | Dübel K 6/35 | əd | 3,2 |
7 | Kipləşdirici lent | m | 2,4 |
8 | Mineralmahlıclı plitə | m2 | 1,0 |