KNAUF-lövhə, nəmədavamlı (GKLN)
Nəmədavamlı KNAUF-lövhə(GKLN) - yüksək rütubətli binalarda divarlarin üzlənməsi, arakəsmələrin, asma tavanların, qurulması, eləcə də, dekorativ və səsuducu məmulatların hazırlanması üçün üçün istifadə olunan inşaat-tamamlama materialıdır.
Nəmədavamlı KNAUF-gipskarton lövhə (GKLN) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir, xəttin yan kənarları isə kartonun kənarları (üz qatı) ilə bükülür.
KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).
Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.
KNAUF-gipskarton lövhələr (GKLN) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.
Hər bir KNAUF-gipskarton lövhənin (GKLN) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:
Uzunluğu 2500 mm, eni 1200 mm və qalınlığı 12,5 mm nazikləşdirilmiş kənar-haşiyəli A qrupundan olan adi gipskaron lövhənin şərti işarəsinə misal:
GKLN–A–NK – 2500/1200/12,5 DÜİST 6266–97.
Tətbiq sahəsi
СНиП 23-02-2003 üzrə quru və normal rütubət rejimli bina və məkanlarda, məkanlararası yüngül arakəsmələrin, asma tavanların və divar üzlüklərinin qurulmasında, həmçinin, dekorativ və səsuducu məmulatların hazırlanmasında havasormanın təmin olunduğu və üz səthin, misal üçün, hidroizolyasiya, nəmədavamlı astarlıqlar, boyalar, keramik lövhə-plitə, polixlorvinil örtülərlə müdadiə edilməsi şərtilə istifadə olunur.
Xüsusi karton və hidrofob əlavələrdən istifadə edilməsi sayəsində aşağı nəmudma xassəsinə malikdir.
Tətbiq prosesinə aşagıdakı əsas iş mərhələləri daxildir:
Tövsiyələr
KNAUF-lövhələrin tətbiqi ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 0101 Məlumat vərəqinə, D 11 Texniki vərəqinə bax.
Göstəricilər | Ölçülər |
Kartonun rəngi | yaşıl |
Markalamanın rəngi | göy |
Kənar haşiyənin növü | |
NK | nazikləşən kənar |
NYK | nazikləşən yarımdairəvi kənar |
DK |
düz kənar |
Əsas ölçülər, mm | 2500х1200х12,5 |
2500х1200х12,5 mm (3 m²) ölçülü Knauf-lövhənin çəkisi, kq | 29 |
Qablaşdırılma | Bağlama, 50 lövhə (150 m²) |
Termoçökmə örtüksüz | |
Termoçökmə örtük ilə |
Knauf-lövhənin nominal həndəsi ölçüləri
Uzunluq | En | Qalınlıq |
2000-dən | 6, 5; 8; 9,5 | |
4000-ə qədər | 600, 1200 | 12,5; 14; 16 |
50 addım ilə | 18; 20; 24 |
Yanğın-texniki xassələri
Knauf-lövhələr(GKL) xassələrinə görə aşağıdakı qruplara aid olunurlar:
- Г1 ( ГОСТ 30244 -ə görə yanma);
- В2 (ГОСТ 30402-ə görə alışma);
- Д1 (ГОСТ 12.1.044-ə görə tüstüəmələgətirmə);
- Т1 (ГОСТ 12.1.044-ə görə toksiklik).