D 365

İki qat metal karkasda iki qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə D 365. Knauf Komplekt Sistemi

KNAUF D 365 komplekt sistemi - arakəsmələrin yaradılması üçün hər iki tərəfdən iki qat KNAUF-gipslifli lövhələrlə (GLL) üzlənmiş qoşa profil metal karkasdan ibarət materiallar dəstidir. Arakəsmə konstruksiyası, həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də yerinə yetirilə bilər.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin yerinə yetirilməsi üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 365 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir. Karkasın dayaqlarının elastik kipləşdirici lentlə bölünüb ayrılması hesabına arakəsmənin səsizolyasiya xassəsi yüksəlir.

Tətbiq sahəsi

Yaşayış, ictimai və sənaye-istehsalat binalarında yaşayış otaqları, mehmanxana nömrələri, iş otaqları, ümumi istifadədə olan otaqlar arasında arakəsmələrin qurulması üçün tətbiq olunur.

D 365 komplekt istemi aşağıdakı məqsədlərlə istifadə üçün nəzərdə tutulmuşdur:

  • seksiyalararası daşıyıcı olmayan divar və arakəsmələrə, eləcə də, ümumi dəhlizləri digər otaqlardan ayıran arakəsmələrə konstruksiyaların yanğın təhlükəsi sinfində odadavamlılıq həddi üzrə KO (45) normativ tələblərin irəli sürüdüyü yerlərdə;
  • təxliyə (evakuasiya) yollarında (vestibüllər, pilləkən qəfəsələri, lift holları) Q1, V1, D1, T1-dən artıq yanma təhlükəli materialların istifadəsinə yol verilmir.
  • divar və arakəsmələrə effektiv kompleks oddan mühafizə və səsizolyasiya tələblərinin irəli sürüldüyü binalarda.

  • Yüksək yanğın təhlükəsizliyi tələblərinin irəli sürüldüyü sahələrdə istifadəsi tövsiyyə edilir. D 365 arakəsməsi yanğın əleyhinə sədd kimi istifadə oluna bilər. Konstruksiya yüksək möhkəmlik keyfiyyətləri və odadavamlılıq göstəriciləri ilə yanaşı ən yüksək səsizolyasiya xüsusiyyətlərinə də malikdir.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:

  • Arakəsmənin tavan, döşəmə və əsas divarlarda layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
  • D 365 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində şaquli-yönəldilmiş KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi (iki qat olaraq və bitişmə yerlərinin qabaqcadan örtülməsi ilə).
  • Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
  • Karkasın digər tərəfində KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi (üç qatlı və bitişmə yerlərinin qabaqcadan örtülməsi şərtilə).
  • KNAUF-gipslifli lövhələrin (GLL) arasındakı tikiş yerlərinin və bütün səthin təmiz bəzək-tamamlama işləri üçün astarlanması, məcunlanması.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.

  • Tövsiyələr

    KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa kənarı üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dirəklərinin addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilmsi həyata keçirilir.
    Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarınının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflott məcunları ilə aparılır.
    Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin konstruksiyalar və döşəmə əsası ilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.

    D 365 qoşa metal karkasda iki qat KNAUF-gipslifli lövhələrlə arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.

  • D 365 komplekt sistemi konkret inşaat tapşırığını – yüksəldilmiş möhkəmlik göstəricilərinə malik yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • İnşaat konstruksiyalarının yanğın əleyhinə mühafizəsinin funksional səmərəliliyini alovun sıfır dərəcədə yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat məsrəflərində ümumi qənaətə nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • D 365 arakəsməsinin səthi istənilən bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səsizolyasiya keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipslifli lövhə (GLL) “nəfəs almaq”, yəni izafi rütubəti udmaq və ətraf mühitdə rütubət çatışmadıqda yenidən “nəfəs verməklə” onu buxarlandırmaq xüsusiyyətinə malikdir.
  • Yüksəldilmiş odadavamlılıq göstəricilərinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 65 kq-a qədər
    Arakəsmənin maksimal hündürlüyü 6,5 m*-ə qədər
    Arakəsmənin qalınlığı 155-255 mm *.
    Səs izolyasiya indeksi, Rw 59 dB-ə qədər
    Odadavamlılıq həddi EI 90

    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-gipslifli lövhə (GLL,GLLN) 12,5mm m2 4,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 1,4
    3 KNAUF-profili DC 50/50 (75/50, 100/50) m 4,0
    Şurup MN 30 əd 13 [14]
    4b Şurup MN 45 əd 29 [30]
    5 KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu kq 1,0 [1,5]
    6 Tikiş lenti m 1,5 [2,2]
    7 Dübel K 6/35 əd 3,2
    8 Kipləşdirici lent m 2,4+0,5
    9 KNAUF-Tiefengrund astar qarışığı l 0,2
    10 Mineralmahlıclı plitə m2 1,0
    11 KNAUF-künc profili KP əd **

    ** sifarışçinin istəyinə əsasən.
    [ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012
    ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort