<h1>KNAUF-lövhə (GKL)</h1>

KNAUF-lövhə (GKL)

KNAUF-lövhə (GKL)

KNAUF–adi gipskarton lövhə (GKL). Divarların üzlənməsi, arakəsmələrin, asma tavanların quraşdırılması, eləcə də, dekorativ və səsuducu məmulatların hazırlanması üçün inşaat-tamamlama materialıdır.

KNAUF–gipskarton lövhə (GKL) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir, özü də, xəttin yan kənarları kartonun kənarları (üz qatı) ilə bükülür. KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK). Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm möhkəmləndirici karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün tamamilə uyğun gəlir.

KNAUF-gipskarton lövhələr (GKL) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.

Hər bir KNAUF-gipskarton lövhənin (GKL) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:

  • lövhənin növünün hərflə işarəsi
  • lövhənin qrup göstəricisi
  • lövhənin uzununa kənarının (haşiyə) tipi
  • lövhənin nominal uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm.
  • standartın işarəsi

  • Uzunluğu 2500 mm, eni 1200 mm və qalınlığı 12,5 mm nazikləşdirilmiş kənar-haşiyəli A qrupundan olan adi gipskaron lövhənin şərti işarəsinə misal:

    GKL–A–NK – 2500/1200/12,5 DÜİST 6266–97.

    Tətbiq sahəsi

    СНиП 23-02-2003 üzrə quru və normal rütubət rejimli bina və məkanlarda, məkanlararası yüngül arakəsmələrin, asma tavanların və divar üzlüklərinin qurulmasında, həmçinin, dekorativ və səsuducu məmulatların hazırlanmasında istifadə olunur.

    Tətbiq prosesinə aşagıdakı əsas iş mərhələləri daxildir:

  • KNAUF-gipskarton lövhələr (GKL) əsasında olan konstruksiyanın layihə vəziyyətinin nişanlanması.
  • KNAUF-gipskarton lövhələrin (GKL) bərkidilməsi üçün KNAUF–profillərdən karkasın qurulması.
  • KNAUF-gipskarton lövhələrin (GKL) karkas üzərində quraşdırılması və bərkidilməsi.
  • KNAUF-gipskarton lövhələr (GKL) arasındakı tikişlərin və vint yerlərindəki oyuqların KNAUF-Fugenfüller məcunu ilə doldurulması.
  • Bəzək-tamamlama örtüyündən əvvəl səthin astarlanması.

  • Tövsiyyələr

  • Quraşdırılmadan əvvəl KNAUF-gipskarton lövhələr (GKL) mütləq işlədiləcək sahənin havasına uyğunlaşdırılmalıdır.
  • KNAUF-gipskarton lövhələrin (GKL) en kənarları düzbucaqlı formaya malikdir və tikiş yerlərinin qurulması zamanı kənarlar yonulmalıdır (təqribən lövhənin 1/3 hissəsi qalınlığında).

  • KNAUF-lövhələrin tətbiqi ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 0101 Məlumat vərəqinə, D 11 Texniki vərəqinə bax.

  • KNAUF-gipskarton lövhələrdən istifadə zamanı bəzək-tamamlama işləri gedişində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur.
  • KNAUF-gipskarton lövhələr nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Materialda toksik komponentlər yoxdur və turşuluğu insan dərisinin turşuluğu ilə eynidir.
  • Dünya standartlarına tam uyğundur.
  • Göstəricilər Ölçülər
    Kartonun rəngi boz
    Markalamanın rəngi göy
    Kənar haşiyənin tipi  
    NK nazikləşən kənar
    NYK nazikləşən yarımdairəvi kənar

    DK

    düz kənar
    Əsas ölçülər, mm 2500х1200х12,5
    2500х1200х12,5 mm (3 m²) ölçülü Knauf-lövhənin çəkisi, kq 29
    Qablaşdırılma Bağlama, 50 lövhə (150 m²)
    Termoçökmə örtüksüz  
    Termoçökmə örtük ilə  

    Knauf-lövhənin nominal həndəsi ölçüləri

    Uzunluq En Qalınlıq
    2000-dən   6, 5; 8; 9,5
    4000-ə qədər 600, 1200 12,5; 14; 16
    50 addım ilə   18; 20; 24

    Yanğın-texniki xassələri

    Knauf-lövhələr(GKL) xassələrinə görə aşağıdakı qruplara aid olunurlar:

    • Г1 ( ГОСТ 30244 -ə görə yanma);
    • В2 (ГОСТ 30402-ə görə alışma);
    • Д1 (ГОСТ 12.1.044-ə görə tüstüəmələgətirmə);
    • Т1 (ГОСТ 12.1.044-ə görə toksiklik).
    netty2012
    ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort