DÖ 131
Knauf-superdöşəmə - döşəmə elementlərindən ibarət yığma döşəmə əsası DÖ 131. Knauf komplekt sistemi.
DÖ 131 komplekt sistemi quru yığılma boşluqsuz hamar döşəmə özülünün yaradılması, eləcə də, döşəmənin özülünə istilik və səs-izolyasiya keyfiyyətlərinin verilməsi üçün zəruri olan xüsusi toplanmış materiallar komplektidir. Örtünün konstruksiyasından və özülün hamarlığından asılı olaraq 4 tip dartaq mövcuddur: “Alfa”, “Beta” (2 var), “Beta”, “Qamma” (2 var).
Sistemin fərqləndirici xüsusiyyətləri:
DÖ 131 qurulma döşəmə özülünün komplekt sistemi dartaq detallarının inşaat şəraitində quraşdırılmaya hazırlıq dərəcəsi ilə fərqlənir:
- dartaq gipslifli KNAUF-superlövhələr əsasında hazırlanan döşəmə elementlərindən (DE) quraşdırılır.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin istehsalatı üzrə tövsiyələr, eləcə də alətlər daxildir.
Komplekt sistemin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Aşağıdakı yaşayış və ictimai binalarda, eləcə də istehsalat binalarının ofis və köməkçi sahələrində qurulmaq üçün nəzərdə tutulub:
DÖ 131 qurulma döşəmə özülləri aşağıda göstərilən məkanlarda tətbiq olunur:
DÖ 131 döşəməsinin özülü həm beton, həm də taxta tavanlarda quraşdırıla bilər. DÖ 131 hazır səthi bütün növ döşəməüstü örtülərin, məsələn, parket, keramik və xalça plitələr, linoleum və s., döşənməsi üçün nəzərdə tutulmuşdur.
DÖ 131-in tətbiqinə hidroizolyasiyanın qurulması şərtilə rütubətliliyin yüksək olduğu sahələrdə də (vanna otaqları, duş kabinələri və s.) yol verilir.
DÖ 131 döşəmə özülü həm beton, həm də taxta tavanlarda quraşdırıla bilər.
İstifadə prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
Konkret konstruksiya tipinə müvafiq olaraq işlərin tərkibi dartaq qurğusunun konstruktiv özəllikləri və xarakteri nəzərə alınmaqla texnoloji xəritə ilə müəyyənləşdirilir.
Tövsiyələr
DÖ131 dartaq komplekt sisteminin tətbiqi üzrə daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki OP 13 Məlumat vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Konstruksiyanın minimal qalınlığı | 35 mm |
Konstruksiyanın maksimal qalınlığı | 100 mm |
Sıxılmada sərtlik həddi | 10 MPa-dan az olmayaraq |
Dartağın istilik keçiriciliyi | 0,22 - 0,41 Vt/m²•dər |
Hava küyündən izolyasiya indeksinin artması | 2-4 dB-ə qədər |
Zərbə küyünün azalma indeksi | 18-22 dB-ə qədər |
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi | m² üçün miqdar |
1 | Döşəmə elementi (DE) | m² | 1,0 |
2 | Yapışdırıcı mastika | kq | 0,05 |
3 | Polietilen örtük | m² | 1,15 |
4 | KNAUF-Fugen (Fugenfüller GL) məcunu | kq | 0,15 |
5 | Knauf-superlövhə üçün şurup | əd | 12 |
6 | Kənar leti | m | * |
7 | Quru tökmə "Kompevit"** | l | 15*** |
* məkanın perimetrindən asılıdır.
** sifarışçinin tələbinə uyğun.
*** qatının qalınlığı 15mm olan sahənin 1kv. metri üçün
Quru yığma döşəmənin əsas konstruksiyaları
«Alfa» (DÖ 131)
Hamar (hamarlanmış) özül üzərində quraşdırılan konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 25 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 51-54 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 63-59 dB |
«Beta» (DÖ 131)
Variant 1. Hamar (hamarlanmış) özüllərdə effektiv boşluq-lifli istilik/səsizolyasiya materiallarından ibarət olan altlıq üzərində quraşdırılan konstruksiya
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 28 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-56 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 59-47 dB |
Variant 2. Eyni ilə, effektiv süngər-boşluqlu istilik/səsizolyasiya materiallarından ibarət olan altlıq üzərində quraşdırılan konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 26 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-54 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 60-55 dB |
«Beta» (DÖ 131)
Düzləşdirici quru tökmə dartaq qatı üzərində konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 45 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-57 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 60-56 dB |
«Qamma» (DÖ 131)
Variant 1. Düzləşdirici tökmə qat, Knauf-superlövhədən (GLL) ibarət ara qatı və effektiv boşluq-lifli istilik/səsizolyasiya materiallarından ibarət kombinəedilmiş altlıq üzərində konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 60 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 53-56 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 56-47 dB |
Variant 2. Eyni ilə, düzləşdirici tökmə qat, Knauf-superlövhədən (GLL) ibarət ara qatı və effektiv köpüklü istilik/səsizolyasiya materiallarından ibarət kombinəedilmiş altlıq üzərində konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 57 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-56 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 58-49 dB |
* Səsizolyasiya xassələri 140-200mm qalınlıqlı bütov plitələr üçün verilmişdir.