D 685
Daşıyıcı divardan qaralı yerləşdirilmiş metal karkas üzərində bir qat AKVAPANEL®Daxili plitələri əsasında divar üzlükləri D685. Knauf komplekt sistemi.
KNAUF D 685 komplekt sistemi daşıyıcı divardan qaralı yerləşdirilmiş metal karkas üzərində bir qat AKVAPANEL®Daxili plitələri əsasında divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 685 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Rütubətliyi yüksək olan müxtəlif tipli məkanlarda həm rekonstruksiya, həm də yeni inşaatda, daşıyıcı konstruksiyaların tamamlanma işlərinin görülməsi, eləcə də otağın nəmədavamlılığının yaxşılaşdirılması məqsədilə tətbiq olunur.
İstifadəsi tövsiyə olunur:
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlama işlərini, misal üçün, plitə ilə üzləmə və ya boyamanı nəzərdə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
AKVAPANEL®Daxili plitə-lövhələrindən daşıyıcı (baza) divardan çəkilmiş metal karkasda bir qat üzlük komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 20 kq-a qədər |
Üzləmənin maksimal hündürlüyü | 4,5 m*-ə qədər |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | AKVAPANEL®Daxili plitələri | m² | 1,0 |
2 | KNAUF-profili DU 75/40 (100/40) | m | 0,7 (1,1) |
3 | KNAUF-profili DC 75/50, (100/50) | m | 2,0 |
4 | Şurup SN 25 | əd | 15 |
5 | Tikişlər üçün yapışdırıcı | ml | 50 |
6 | Dübel K 6/35 | əd | 1,6 |
7 | Mineralmahlıclı plitə | m² | 1,0 |