D 623

Daşıyıcı divara bərkidilmiş metal karkas üzərində bir və ya iki qat Knauf-lövhədən ibarət üzlük D 623. Knauf komplekt sistemi.

KNAUF D 623 daşıyıcı divara bərkidilmiş metal karkas üzərində divarların bir qatlı və ya iki qatlı üzlüyünün yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam komplektidir. Hazır konstruksiya binanın konstruktiv elementi deyildir.

Üzlüyün əsas inşaat elementləri:

  • KNAUF-gipskarton lövhə (KNAUF-Termopanellə kombinasiyası da mümkündür);
  • tavan (TC 60/27) və istiqamətləndirici (TU 28/27) metal profillər.

  • Komplekt sistemin tam tərkibi və hər 1 km. metr üçün tələb olunan material miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.


    Bu sistemin fərqləndirici xüsusiyyətləri:

    Karkas sistemi. Karkasın üzlənməsi bir və ya iki qatlı KNAUF-gipskarton lövhələrlə yerinə yetirilir. Tavan (TC 60/27) profillərindən hazırlanan karkas tavan və döşəmədə istiqamətləndirici (TU 28/27) tavan profillərində fiksə edilir və divara  birbaşa asqılar vasitəsilə bərkidilir.

    Əsas elementlərdən şavayı komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

    D 623 komplekt sisteminin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.

    Tətbiq sahəsi

    Müxtəlif təyinatlı məkanlarda həm rekonstruksiya (yenidənqurma), həm də yeni inşaat işlərində aşağıdakı məqsədlərlə tətbiq olunur.

  • kərpic və betondan olan daşıyıcı konstruksiyaların bəzək-tamamlama işləri;
  • tavanlardakı əyriliklərin aradan qaldırılması;
  • mühəndis kommunikasiyalarının gizlədilməklə quraşdırılması;
  • sədd konstruksiyalarının səs izolyasiyasının artırılması;
  • sədd konstruksiyalarının istilik izolyasiyasının artırılması;
  • sədd konstruksiyalarının odadavamlılığının yüksəldilməsi (divarlar və üz örtüsünün odadavamlılıq həddinin və yanğın təhlükəsi sinfinin müvafiq yanğın–texniki göstərcilərlə nizamlandığı hallarda).
  • СНиП II-3 79

  • üzrə quru və normal rütubətlilik rejimli bütün kateqoriyalardan olan (A, B və C) yaşayış, mülki və sənaye binalarında tətbiq olunur.
  • Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı, məsələn, boyama, divar kağızları ilə üzləmə və s. nəzərdə tutur.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Üzlüyün tavanda, döşəmədə və əsas divarlarda layihə üzrə yerləşməsinin nişanlanması.
  • D 623 üzlüyünün karkasının quraşdırılması.
  • Layihədə verilmiş elektrik və digər şəbəkələrin, eləcə də iri asma avadanlığa qoşma detalların quraşdırılması.
  • Əgər layihədə nəzərdə tutulmuşsa, izoləedici materialın yerləşdirilməsi və bərkidilməsi.
  • Şaquli-istiqamətləndirilmiş KNAUF-gipskarton lövhələrin (GKL) qurulması.
  • Deşiklənmiş künc profillərinin (KP 31/31) qurulması və bunların məcunlanması.
  • Gipskarton lövhələr arasındakı tikişlərin, şurup yerlərinin bağlanması və dekorativ bəzək-tamamlama işlərinin yerinə yetirilməsi üçün astarlanması.
  • Təmiz döşəmə qurulduqdan sonra üzlüyün dekorativ bəzək-tamamlama işlərinin yerinə yetirilməsi.

  • Tövsiyələr

    KNAUF-üzlüklərin quraşdırılması bəzək-tamamlama işlərinin yerinə yetirilməsi zamanı, təmiz döşəmənin qurulmasına qədər, bütün “yaş” proseslər bitdikdən, elektrotexniki və santexniki sistemlərin çəkilməsi yerinə yetirildikdən sonra, quru və normal rütubətlik rejimində (СНиП 2-3-79) və otağın temperaturu +15°C-dən az olmaması şəraitində aparılmalıdır.
    Yüksək nəmlik şəraitində (sanitar qovşaqlar, mətbəxləd, vanna otaqları) metal karkasla birlikdə KNAUF-gipskarton nəmədavamlı lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthini KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtmək lazımdır. Üzlük karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-gipskarton lövhələrin (GKLN) bərkidilməsi zamanı bunların karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı istisna edilsin. Fasiləsiz üzlüklərdə 10-15 m intervalı ilə deformasiya tikişlərinin qurulmasını nəzərdə tutmaq lazımdır.

    D 623 daşıyıcı  divara bərkidilmiş metal karkasda KNAUF-lövhələrdən bir qat və ya iki qatlı üzləmə üzrə komplekt sistemin tətbiqinə dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 61 Məlumat vərəqinə və D 61 Texniki vərəqinə bax.

  • D 623 komplekt sistemi konkret inşaat tapşırığını – divarların üzlənməsi məsələsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
  • Üzlüyün yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır səth tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
  • Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.

  • Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipskarton lövhə nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.

    Göstəriciləri

    Bir qat  GKL

    İki qat GKL

    Üzlüyün qalınlığı (D), mm 41 53,5
    Profilin qabarit ölçüləri (a), mm 27 27
    Üzlüyün qalınlığı (d), mm 12,5 12,5 х 2
    Üzləmənin maksimal hündürlüyü, m 10 10
    Bir kvadrat metrinin çəkisi, kq/m² ~ 15 ~ 26

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 qat 2 qat
    1 KNAUF-lövhə (GKL, GKLN, GKLO) 1,0 2,0
    2 KNAUF-profili TC 60/27 m 2,0 (2,4) 2,0
    3 KNAUF-profili TU 28/27 əd 0,7 0,7
    4 Birbaşa asqı 60/27 əd 0,7 0,7
    5 Kipləşdirici lent əd 0,8 0,8
    6 Dübel K 6/35 əd 1,6 1,6
    7 Şurup LN 9 əd 1,5 (2,7) 1,5
    8a Şurup TN 25 əd 14 (17) 6 (7)
    8b Şurup TN 35 əd   14 (15)
    9 KNAUF-künc profili KP əd * *
    10 Profil uzadıcısı 60/27 əd * *
    11 Tikiş lenti m 0,75 (1,1) 0,75 (1,1)
    12 KNAUF-Fugen (Fugenfüller) məcunu kq 0,3 (0,45) 0,5 (0,75)
    13 KNAUF-Tiefengrund astar qarışığı l 0,1 0,1
    14 Mineralmahlıclı plitə 1,0* 1,0*
    • ** sifarışçinin istəyinə əsasən.

    • [ ] mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012
    ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort