D 663
Daşıyıcı divara bərkidilmiş metal karkas üzərində bir və ya iki qat Knauf-gipslifli lövhədən ibarət üzlük D 623. Knauf komplekt sistemi.
KNAUF D 663 komplekt sistemi daşıyıcı divara bərkidilmiş metal karkasda KNAUF- lövhələrdən bir qat və ya iki qatlı divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar dəstidir.
Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-superlövhələrdən istifadə etməklə də yerinə yetirilə bilər.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 663 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Yaşayış, ictimai və istehsalat binalarında aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:
D 663 üzlüyü həmçinin, yanğın əleyhinə maneə qismində konstruktiv elementlər kimi istifadə oluna bilər. Onun tətbiqi inşaatın: konstruktiv sistem və tipləri, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, binanın mərtəbələrinin sayı, eləcə də iqlim və mühəndisi–geoloji şərtləri ilə məhdudlaşmır.
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı (məsələn, boyama, divar kağızları ilə üzləmə və s.) nəzərdə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
Tövsiyələr
Məcunlanmadan əvvəl gipslifli KNAUF-superlövhələrin (GLL) kənarları KNAUF-Tifenqrud astarlığı ilə işlənir. KNAUF-superlövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Xarici üzlənmənin haşiyə-kübələri (qovuşma yerləri) əvvəlcədən çəkilmiş məcun qatına batırmaqla qoyulan armaturlaşdırıcı kağız lentlə (sərpingə - yeri seyrək pambıq parça) gücləndirilir.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas imkanının olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) üzlüklərin sədd konstruksiyaları və döşəmənin binövrə-əsası ilə birləşmə yerləri KNAUF-Flexendixtband tipli hidroizolyasiya lenti ilə hermetikləşdirilir, səthi isə KNAUF-Flexendixt tipli hidroizolyasiya mastikası ilə işlənir.
D 663 daşıyıcı divara bərkidilmiş metal karkas üzərində KNAUF- gipslifli superlövhələrdən bir qat və ya iki qatlı üzləmə komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 66 Məlumat vərəqinə və D 66 Texniki vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi (bir qat və iki qat) | 17kq-a qədər, 33 kq-a qədər |
Üzlüyün maksimal qalınlığı (bir qat və iki qat) | 45 mm-ə qədər, 58 mm-ə qədər |
Üzləmənin maksimal hündürlüyü | 10 m-ə qədər |
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar | |
1 qat | 2 qat | |||
1 | KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm | m² | 1,0 | 2,0 |
2 | KNAUF-profili TC 60/27 | m | 2,0(2,4) | 2,0 |
3 | KNAUF-profili TU 28/27 | əd | 0,7 | 0,7 |
4 | Birbaşa asqı 60/27 | əd | 0,7 | 0,7 |
5 | Kipləşdirici lent | əd | 0,8 | 0,8 |
6 | Dübel K 6/35 | əd | 1,6 | 1,6 |
7 | Şurup LN 9 | əd | 1,5 (2,7) | 1,5 |
8a | Şurup MN 30 | əd | 14 (17) | 6 (7) |
8b | Şurup MN 45 | əd | - | 14 (15) |
9 | KNAUF-künc profili KP | əd | * | * |
10 | Profil uzadıcısı 60/27 | əd | * | * |
11 | Tikiş lenti | m | 0,75 (1,1) | 0,75 (1,1) |
12 | KNAUF-Fugen (Fugenfüller) məcunu | kq | 0,3 (0,45) | 0,5 (0,75) |
13 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,1 | 0,1 |
14 | Mineralmahlıclı plitə | mN | 1,0* | 1,0* |
** sifarışçinin istəyinə əsasən.
() mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.