D 385.2
İki qat metal karkas üzərində hər tərəfdən iki qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə D 385.2.
KNAUF D 385.2 komplekt sistemi iki qat AKVAPANEL®Daxili lövhələri ilə iki tərəfdən üzlənmiş qoşa profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün gərəkli olan materiallar dəstidir.
Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin görülməsi üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 385.2 komplekt sisteminin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Müxtəlif tipli otaqlarda (məkanlarda) daxili sədd konstruksiyası kimi tətbiq edilir. Konstruksiya yüksək möhkəmlilik və odadavamlılıq keyfiyyətləri ilə yanaşı, su borularının, istilik və kanalizasiya kommunikasiyalarının gizli çəkilməsı, eləcə də, avadanlığın karkasın daxilində gizli quraşdırılması imkanını təmin edir.
Həm rekonstruksiya (yenidənqurma), həm də yeni inşaatda tətbiq olunur.
Səs izolyasiyasını yaxşılaşdırmaq üçün istifadə edilir.
Səthi sonrakı bəzək-tamamlama işləri, məsələn, lövhə ilə üzlənmə və ya rənglənmə üçün nəzərdə tutulub.
Yüksək rütubətli sahələrdə istifadəsi tövsiyyə olunur:
Quraşdırma prosesi prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
İki qat metal karkas üzərində hər tərəfdən iki qat AKVAPANEL®Daxili lövhəsindən arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.