D 626
Daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində iki qat Knauf-lövhədən ibarət üzlük D 625. Knauf komplekt sistemi.
KNAUF D 626 komplekt sistemi daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkasda KNAUF-lövhələrdən iki qatlı divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar dəstidir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 626 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Quru və normal rütubət rejimli bütün kateqoriyalardan olan (A, B və V) yaşayış, mülki və sənaye binalarında, həm rekonstruksiya, həm də yeni inşaat məqsədləri ilə istifadə olunur:
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı, məsələn, boyama, divar kağızları ilə üzləmə və s. nəzərdə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
Tövsiyələr
Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar, mətbəxlər, vanna otaqları) metal karkasla birgə nəmədavamlı KNAUF-lövhələrdən istifadə etmək məsləhət görülür. Bu zaman nəzərə almaq lazımdır ki, suyun divarlara bilavasitə təmas etdiyi yerlərdə lövhələrin üzərini KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtmək lazımdır.
Arasıkəsilməyən üzlüklərdə 10-15 m intervalı ilə deformasiya tikişlərinin qurulması nəzərdə tutulmalıdır.
D 626 daşıyıcı divardan çəkilmiş metal karkasda üzərində olan KNAUF-lövhələrdən iki qatlı üzləmə üzrə komplekt sistemin tətbiqinə dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 61 Məlumat vərəqinə və D 61 Texniki vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 27 kq-a qədər |
Üzlüyün maksimal hündürlüyü | 3,0-5,0 m* |
* Knauf-lövhənin növündən asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-lövhə (GKL,GKLN, GKLO) | m² | 2,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 2,0 |
4a | Şurup TN 25 | əd | 6 (7) |
4b | Şurup TN 35 | əd | 14 (15) |
5 | KNAUF-Fugen (Fugenfüller) məcunu | kq | 0,5 (0,75) |
6 | Tikiş lenti | m | 0,75 (1,1) |
7 | Dübel K 6/35 | əd | 1,6 |
8 | Kipləşdirici lent | m | 1,2 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,1 |
10 | Mineralmahlıclı plitə | m² | 1,0 |
11 | KNAUF-künc profili KP | əd | ** |
() mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.