D 385.1
İki qat metal karkas üzərində bir qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə. Knauf Komplekt Sistemi.
KNAUF D 385.1 komplekt sistemi – hər iki tərəfdən bir qat AKVAPANEL®Daxili lövhələrlə üzlənmiş qoşa metal karkasdan ibarət arakəsmənin yaradılması üçün zəruri olan materiallar dəstidir.
Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işlərin istehsalatı üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 385.1 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Daxili sədd konstruksiyası kimi müxtəlif tipli sahələrdə tətbiq edilir. Çox hündür olmayan, odadavamlılıq və səs izolyasiyası tələblərinin yüksək olmadığı sahələrdə istifadəsi daha məqsədəuyğundur.
Səthi sonrakı bəzək-tamamlama işləri, məsələn, lövhə ilə üzlənmə və ya rənglənmə üçün nəzərdə tutulmuşdur.
Rütubətliliyin yüksək olduğu sahələrdə (otaqlarda) istifadəsi tövsiyyə edilir:
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
İki qat metal karkas üzərində bir qat AKVAPANEL®Daxili lövhəsindən Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 37 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 5,5 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 130-230 mm. |
Səs izolyasiya indeksi, Rw | 58 dB. |
Odadavamlılıq həddi | EI 45. |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv.. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | AKVAPANEL® Daxili | m | 4,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 1,4 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 4,0 |
4 | Şurup SN 25 | əd | 30 |
5 | Tikiş yapışdırıcısı | ml | 100 |
6 | Dübel K 6/35 | əd | 3,2 |
7 | Kipləşdirici lent | m | 2,4-0,5 |
8 | Mineralmahlıclı plitə | m2 | 1,0 |