T 282
İkisəviyyəli metal karkas üzərində AKVAPANEL® Daxili sement lövhəsindən ibarət asma tavan T 282. KNAUF komplekt sistemi.
KNAUF T 282 komplekt sistemi ikisəviyyəli metal karkasla asma tavanın yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.
Tavanın hazır konstruksiyası binanın konstruktiv (daşıyıcı) elementi deyildir, sonrakı dekorativ tamamlama üçün hamar tikişsiz səthə malikdir.
Tavanın əsas tikinti elementləri:
- AKVAPANEL ®Daxili sement lövhəsi;
- Metal tavan profili TC 60/27.
- Tavanın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.
Bu sistemin fərqləndirici xüsusiyyətləri: Asqılardan istifadə etməklə daşıyıcı (baza) tavana bərkidilən asma tavan karkasının əsas profilləri və AKVAPANEL®Daxili-sement lövhəsinin bərkidildiyi daşıyıcı profillər (bir qatlı üzləmə) müxtəlif səviyyələrdə yerləşir. AKVAPANEL®Daxili sement lövhəsi ilə üzlənmiş tavan yüksək möhkəmlik göstəricilərinə malikdir.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat vəzifəsinin həlli üçün zəruri olan texniki həllər, işlərin yerinə yetirilməsi üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
T 213 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Rütubətli və yaş istismar rejimli otaqların bəzək-tamamlama işlərində, müxtəlif təyinatlı binalarda həm rekonstruksiya, həm də yeni tikinti işləri zamanı istifadə olunur.
Yüksək rütubətli sahələrdə istifadəsi tövsiyə olunur, o cümlədən:
- şəxsi və ictimai sektorlardahovuzətrafı zonalarda;
- mətbəxlərdə və gündəlik nəm təmizlik işləri aparılan zonalarda;
- duş kabinələrində;
- yuyulma yerlərində;
- camaşırxanalarda;
- qaraj və zirzəmilərdə və s.
- Quraşdırma prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- asma tavanın karkasının layihə üzrə yerləşməsinin nişanlanması;
- karkasın quraşdırılması və bərkidilməsi;
- AKVAPANEL®Daxili sement lövhələrin layihə vəziyyəti üzrə quraşdırılması və karkasa bərkidilməsi;
- AKVAPANEL®Daxili sement lövhələrin arasındakı tikişlərin və şurup yerlərinin məcunlanması;
- boyama və ya dekorativ örtük çəkilməzdən əvvəl asma tavanın bütün səthinin astarlanması və nazik qatla məcunlanması.
- Tövsiyələr
- Davamlı olaraq rütubətə məruz qalan ictimai mətbəxlər, yuyulma yerləri, hovuzətrafı zonalar, saunalar və ya laboratoriyalar kimi sahələrdə əlavə korroziya əleyhinə örtüklü polad profildən istifadə etmək zəruridir.
- T 282 hazır tavanının suvaqlanması sabit hava rütubətliyi və temperaturu şəraitində aparılmalıdır.
- AKVAPANEL®Daxili sement lövhələrindən istifadə etməklə T 282 asma tavanının quraşdırılması prosesində deformasiya tikişlərini 15 metr intervalı ilə, eləcə də binaların deformasiya tikişi yerlərində qoymaq lazımdır.
- Yüklərin T 282 asma tavanının üz örtüyünə bərkidilməsi üçün açılan (genişlənən) dübellərdən istifadə etmək tövsiyə olunur.
- İkisəviyyəli metal karkasda AKVAPANEL®Daxili sement lövhəsindən T 282 asma tavan komplekt sisteminin quraşdırılması ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 2302 Məlumat vərəqinə bax.
- T 282 komplekt sistemi konkret inşaat tapşırığını – rütubətli və və yaş istismar rejimli otaqlarda asma tavanın yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
- Dağılma və ovulma olmadan yüksək dərəcədə suyadavamlılığa malikdir.
- Tavanın uzun müddətli quruma prosesini istisna edir.
- Əmək məhsuldarlığını xeyli artırır.
- Yüksək quraşdırılma sürəti və binanın konstruksiyasının yüngülləşdirilməsi hesabına tikinti xərclərinin ümumu azalmasına nail olunur.
- Hazır tavan yüksək səviyyədə keyfiyyətli səthə malik olur.
- Xüsusi alətlərin istifadəsi tələb olunmur.
Göstəriciləri | Ölçüləri |
Tavanın bir kvadrat metrinin çəkisi | 20 kq-a qədər |
Komplekt sistemin tərkibi*
Möv. | Adı | Ölçü vahidi | m² üçün sayı |
1 | AKVAPANEL® Daxili lövhəsi | m² | 1 |
2 | KNAUF-profili TC 60/27 | m | 4,6 |
3 | Profil uzadıcısı TC 60/27 | əd. | profilin uzunluğundan asılıdır |
4 | İkisəviyyəli birləşdirici 60/27 | əd. | 1,1 |
5 | Birbaşa asqı və ya nonius-asqı | əd. | 1,8 |
6 | Profili asqıya bərkitmək üçün özüyivaçan şurup LN9 | əd. | 3,6 |
7 | Özüyivaçan şurup | əd. | 25 |
8 | Asqıları bərkitmək üçün dübel | əd. | 1,8 |
9 | İzolyasiya materialı | m² | ** |
10 | Tikiş məcunu | kq. | 0,7 |
11 | Tikiş lenti | m | 2,1 |
12 | Birləşmə yerləri üçün bərkiməyən germetik | ** |
* Material sərfiyyatı 10 x 10m = 100m² ölçülü tavan üçün kəsilmə itkiləri nəzərə alınmadan hesablanmışdır. Cədvəldə səthin növbəti emalı üçün lazım olan materiallar (astarlar və torlar) nəzərə alınmamışdır. Sərfiyyat gələcək bəzək-tamamlama növündən asılı olacaq.
** Sifarışçinin istəyinə əsasən.