D 625
Daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində bir qat Knauf-lövhədən ibarət üzlük D 625. Knauf komplekt sistemi.
KNAUF D 625 komplekt sistemi daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkasda KNAUF-lövhələrdən bir qat divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar dəstidir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 625 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Bütün kateqoriyadan olan (A, B və C) quru və normal rütubət rejimli yaşayış, mülki və sənaye binalarında, həm rekonstruksiya, həm də yeni inşaatda aşağıdakı məqsədlərlə istifadə olunur:
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı, məsələn, boyama, divar kağızları ilə üzləmə və s. nəzərdə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
Tövsiyələr
Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar, mətbəxlər, vanna otaqları) metal karkasla birlikdə KNAUF-gipskarton nəmədavamlı lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthini KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtmək lazımdır. Fasiləsiz üzlüklərdə 10-15 m intervalı ilə deformasiya tikişlərinin qurulmasını nəzərdə tutmaq lazımdır.
D 625 daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində olan KNAUF-lövhələrdən bir qat üzləmə komplekt sisteminin tətbiqinə dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 61 Məlumat vərəqinə və D 61 Texniki vərəqinə bax.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi, kq/m² | ~ 16 |
Üzlüyün maksimal hündürlüyü, m | 3,0 - 5,0* |
Üzlüyün maksimal qalınlığı (d), mm | 87,5 - 100* |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-lövhə (GKL,GKLN, GKLO) | m² | 1,0 |
2 | KNAUF-profili DU 75/40 (100/40) | m | 0,7(1,1) |
3 | KNAUF-profili DC 75/50, (100/50) | m | 2,0 |
4 | Şurup TN 25 | əd | 14(17) |
5 | KNAUF-Fugen (Fugenfüller) məcunu | kq | 0,3 (0,45) |
6 | Tikiş lenti | m | 0,75(1,1) |
7 | Dübel K 6/35 | əd | 1,6 |
8 | Kipləşdirici lent | m | 1,2 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,1 |
10 | Mineralmahlıclı plitə | m² | 1,0 |
11 | KNAUF-künc profili KP | əd | ** |
() mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.