Nonius asqı
Nonius-asqı üç hissədən ibarətdir: yuxarı, aşağı hissələr və fiksator. 200-dən 1000 mm-dək olan yuxarı hissə asma tavan karkasını zəruri hündürlüyə qədər aşağı salmağa imkan verir. Daha dəqiq tarazlama nonius-asqının yuxarı və aşağı hissələrinin yan dirəklərinin uzlaşdırılması ilə yerinə yetirilir.
Yuxarı və aşağı hissələrin birləşdirilməsi fiksatorun köməyi ilə yerinə yetirilir. Ölçüləri 110x58x25 mm təşkil edir.
Hər bağlamada 10 ədəd olmaqla qablaşdırılır.
Nonius-asqının yükgötürmə qabiliyyəti 40 kq-dır.
Tavan profillərinin daşıyıcı konstruksiyalara bərkidilməsi (asılması) üçün nəzərdə tutulur. Daşıyıcı konstruksiyaya anker elementi (d/b tavan) və ya dübel ilə (divar) bərkidlir. TC 60/27 tavan profili asqıya LN tipli şurupları ilə bərkidilir.