Tikinti sahəsi Azərbaycanda ən dinamik inkişaf edən iqtisadiyyat sahələrindən biridir. Tikintiyə yeni yanaşmalar, eləcə də ekoloji cəhətdən davamlı, innovativ və enerji cəhətdən effektiv texnologiyalar müasir memarlığın yeni obrazlar yaradaraq sürətlə inkişaf edir. Tikinti sahəsinin mühüm rolu vacib problemlər həll olunmadan - bəzək inşaat işlərinin yeni texnologiyaları bilən kadrların çatışmazlığı zamanı sonunadək yerinə yetə bilməz. KNAUF sistem təhsil layihələri bu problemin həllinə yönəlib. KNAUF şirkəti istehlakçıların məsləhət və KNAUF məhsullarının öyrədilməsi üzrə məsələlərə böyük diqqət yetirir. Sosial layihələrə və təhsilə ayrılan diqqət sosial məsuliyyət cəhətdən biznesin yönləndirilməsinin prinsipidir. Bu təlim sistemi "KNAUF Komplekt sistemləri"-nin ayrılmaz elementidir və bu bizə KNAUF məhsullarının tətbiqinin yüksək keyfiyyətini daim təkmilləşməyə və təmin etməyə imkan verir.
Azərbaycan Respublikasında "Knauf Marketing Baku" MMC və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında əməkdaşlıq sazişi imzalanmışdır və 2008-ci ildə AzMİU-da Knauf Tədris-Məsləhət Mərkəzi açılmışdır. Bu mərkəzdə ustalar üçün qısamüddətli kurslar aparılır, fakultələrin çoxlarının tədris planına və təhsil layihələrinə, müasir tikinti materialları və texnologiyalar üzrə Knauf modulları daxil edilib, inşaat kollecində böyük həcmdə quru inşaat kursu keçirilir, həmçinin, hər bir maraqlanan üçün qısamüddətli kurslar təşkil edilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda iki Knauf Resurs Mərkəzi fəaliyyət göstərir. 2011-ci ildə peşə təhsil müəssisələrinin tədris-təlim prosesinə "Quru inşaat ustası" ixtisası daxil edilmişdir. Bu ixtisasa dəstək məqsədi ilə dərslik və tədris vəsaitləri tərcümə və adaptasiya olunur, öyrənmə prosesi tələbələrin beynəlxalq peşəkar müsabiqələrdə iştirakı ilə stimullaşdırılır.