T 213

Birsəviyyəli metal karkas üzərində KNAUF-lövhələrdən ibarət asma tavan T 213. KNAUF komplekt sistemi.

KNAUF T 213 komplekt sistemi birsəviyyəli metal karkasla asma tavanın yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.

Tavanın hazır konstruksiyası binanın konstruktiv (daşıyıcı) elementi deyildir, sonrakı dekorativ tamamlama üçün hamar tikişsiz səthə malikdir, Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-lövhədən istifadə etməklə də yerinə yetirilə bilər.

Tavanın əsas tikinti elementləri:
 

  • KNAUF- gipslifli lövhə (GLL);
  • tavan üçün TC 60/27 və istiqamətləndirici TU 28/27 KNAUF- metal profillər.


Tavanın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

Bu sistemin fərqləndirici xüsusiyyətləri: Asqılardan istifadə etməklə daşıyıcı (baza) tavana bərkidilən asma tavan karkasının əsas profilləri və KNAUF-gipslifli lövhələrin (bir qatlı üzlük) bərkidildiyi daşıyıcı profillər eyni bir səviyyədə yerləşir. KNAUF-gipslifli lövhələrlə üzlənmiş tavan yüksək möhkəmlik göstəricilərinə malikdir.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat məsələsinin həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

T 213 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Yaşayış, inzibati və ictimai binalarda bə müxtəlif təyinatlı yerlərdə həm rekonstruksiya (yenidən qurma) zamanı, həm də yeni inşaatda aşağıdakı məqsədlərlə istifadə olunur:
 

  • daşıyıcı tavan konstruksiyalarının odadavamlılıq həddinin artırılması;
  • mühəndis kommunikasiyalarının gizli yerləşdirilməsi;
  • konstruktiv-planlama məsələlərinin həlli;
  • dekorativ tamamlama-bəzək işləri;
  • tavan örtüklərində olan əyriliklərin aradan qaldırılması;
  • otaqların istilik və səs izolyasiyasının yaxşılaşdırılması.


Yanğın təhlükəsizliyi və konstruksiyalarının möhkəmlik göstəriciləri yüksək sahələrdə istifadə olunması tövsiyə edilir.

KNAUF T 213 komplekt sistemindən daha çox evakuasiya yollarında tavanların tamamlanması işlərində istifadə olunur.

Quraşdırma (montaj) prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
 

  • asma tavanın karkasının layihə yerləşməsinin nişanlanması;
  • karkasın yığıılması və bərkidilməsi;
  • KNAUF-gipslifli lövhələrin (GLL) layihə üzrə yerləşdirilməsi və karkasa bərkidilməsi;
  • KNAUF-gipslifli lövhələr arasındakı tikişlərin bağlanması və zərurət olduqca bütün asma tavanın səthinin məcunla suvaqlanması;
  • asma tavanın səthinin rənglənmədən və dekorativ örtükdən əvvəl astarlanması.


Tövsiyələr

Asma tavanın quraşdırılması üzrə işlər ciddi olaraq layihənin və KNAUF texniki vərəqlərinin tələblərinə müvafiq şəkildə, quru və normal rütubətlik rejimlərində ( СНиП 2-3-79*) və +15°C temperaturundan aşağı olmamaq şərtilə aparılmalıdır. Tavanların quraşdırılmasına tamamlama işləri dövründə, otaqda nəmliyi xeyli artıra bilən “yaş” proseslər bitdikdən sonra başlanmalıdır.

Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otağı, tualet), mətbəxlər) nəmədavamlı KNAUF-gipslifli lövhələrdən (GLL) istifadə etmək tövsiyə olunur.

Tavan karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, onların lövhələrin bərkidilməsi zamanı karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı olmasın.

T 213 asma tavanlarının rənglənməsini su-dispersiyalı boyalarla yerinə yetirmək tövsiyə edilir. Əhəngli boyalar və maye-şüşəli boyaların çəkilməsinə yol verilmir.

Birsəviyyəli metal karkas üzərindəKNAUF-lövhələrdən T 213 asma tavan komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki T 21 məlumat vərəqinə və T 11 Texniki vərəqinə bax.

  • T 213 komplekt sistemi konkret inşaat tapşırığını – asma tavanın yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • İnşaat konstruksiyalarının yanğın əleyhinə müdafiəsinin funksional səmərəli liyini alovun sıfır yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
  • Asma tavanın yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəsədə artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikintiyə çəkilən xərclərdə ümumi qənaətə nail olunur.
  • Tavanların ideya baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır tavan yüksək səviyyədə keyfiyyətli səthə malik olur.
  • T 213 tipli asma tavanların səthləri hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: rənglənmə, divar kağızları ilə üzlənmə, dekorativ suvaqlama.
  • Otaqların istilik və səs-izolyasiya (səsudma) keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipslifli lövhələr “nəfəs almaq”, yəni izafi olduqda rütubəti udmaq və ətraf mühitdə nəmlik çatışmadıqda onu yenidən xaric etmək xüsusiyyətinə malikdir.
Göstəriciləri Ölçüləri
Tavanın bir kvadrat metrinin çəkisi 15 kq-a qədər

Komplekt sistemin tərkibi

Möv. Adı Ölçü vahidi m² üçün sayı
1 KNAUF-superlövhə (GLL,GLLN) 10 mm 1,0
2 KNAUF-profili TC 60/27 m 2,9
3 KNAUF-profili TU 28/27 m *
4 Profil uzadıcısı 60/27 əd. 0,2
5 Birsəviyyəli birləşdirici 60/27

əd.

1,7
6a Birbaşa asqı 60/27 əd. 0,7
6b Özüyivaçan şurup LN9 əd. 0,7
    və ya əvəzinə  
6c Yaylı asqı əd. 0,7
6d Asqı teli əd. 1,4
7 Şurup MN 30 əd. 23,0
8 Anker elementi əd. 0,7
9 Dübel K 6/35 əd. **
10 Tikiş lenti m 1,2
11 KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu kq 0,4
12 KNAUF-Tiefengrund astar qarışığı л 0,1

* miqdarı məkanın perimetrinə uyğundur.

** miqdarı sifarışçi tərəfindən 1 m TU 28/27 profili üçün 2 dübel hesabı ilə təyin olunur.

netty2012
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort