İkinci Bakı beynəlxalq memarlıq müsabiqəsi
2015-ci il oktyabrın 7-dən 9-dək Bakıda Beynəlxalq Memarlar İttifaqının dəstəyi və Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı beynəlxalq memarlıq müsabiqəsi keçirilib. Bu memarlıq bayramının əsas sponsorlarından biri kimi "KNAUF Marketing Baku" şirkəti çıxış edib.
Müsabiqənin əsas məqsədi - memarlığın inkişafına yönələn yeni ideyalar üzə çıxarılması; memarlıq binalarının və qurğularının layihələndirilməsi zamanı ən təsirli şəhərsalma, kompozisiya, həcmli və konstruktiv qərarların axtarışı; praktiki gələcək reallaşdırılma üzrə maksimum müxtəliflik üçün ideya və layihələrin aşkarlanması idi.
Açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxsləri, eləcə də MDB ölkələrinin Memarlar İttifaqlarının sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Beynəlxalq memarlar ittifaqının baş katibi Tomas Voner çıxış edərək müsabiqənin böyük əhəmiyyətini qeyd etmişlər. Vurğulanmışdır ki, son illər Bakıda Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, müasir rəmzləri olan Xalça Muzeyi və başqaları kimi memarlıq inciləri yaradılmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin qədim memarlıq irsinin qorunması və mühafizəsinə dövlət xüsusi diqqət yetirir.
Müsabiqəyə bu il təxminən 37 ölkədən 250 layihə təqdim olunub. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilib - "Ən Yaxşı satılan interyer", "Ən Yaxşı reallaşmamış layihəsi", "landşaft memarlığı sahəsində reallaşdırılmış Ən Yaxşı layihə ", "memarlıq sahəsində Ən Yaxşı mətbu nəşr", "yenidən qurulma və bərpa sahəsində layihə Ən Yaxşı satılan binalar", "yaşayış memarlıq sahəsində reallaşdırılmış Ən Yaxşı layihə ", "ictimai memarlıq sahəsində Ən Yaxşı layihə".
Müsabiqənin münsiflər heyətinə BMİ-nın baş katibi Tomas Voner, BMİ-nin sabiq prezidenti Vasilis Sqoutas, BMİ-nın sabiq baş katibi Mişel Barmaki, BMİ-nın vitse-prezidenti Xayder Ali, Fransanın Milli Memarlar İttifaqının prezidenti Ketrin Jako və Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə daxil idi.
İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi 2015-ci il oktyabrın 9-də Bakıda keçirilmişdir. Mərasimdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş çoxsaylı qonaqlar, Beynəlxalq Memarlar İttifaqının, habelə, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya, Qırğızıstan, Özbəkistan, Memarlar İttifaqı rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak etmişlər.
"KNAUF Marketing Baku" şirkəti uzun illərdir Azərbaycan Memarlar İttifaqı ilə tərəfdaşlıq münasibətlərinə malikdir, 2015-ci ildə isə yeni əməkdaşlıq müqaviləsi imzalanıb ki,bu da bizə Memarlar İttifaqı tərəfindən aparılan tədbirlərə qoşulmağa daha çox imkan verir. Bakı müsabiqəsi üçün xüsusi olaraq KNAUF materialları haqqında informasiya plakatları pavilyonlarda nümayiş üçün hazırlanıb. Müsabiqənin bütün reklam materiallarında KNAUF loqosu əsas sponsorlarından biri kimi əks olunmuşdur. Müsabiqənin təntənəli açılış və bağlanış mərasiminə "KNAUF Marketing Baku" şirkətinin rəhbərliyi dəvət olunmuşdur.
Bakı beynəlxalq memarlıq müsabiqəsi ikinci dəfə keçirilirdi və nəticələrini yekunlaşdıraraq əminliklə deyə bilərik ki, beynəlxalq səviyyədə bu müsabiqəyə olan maraq hər il artır.