T 112

İkisəviyyəli metal karkas üzərində KNAUF-lövhələrdən ibarət asma tavan T 112. KNAUF komplekt sistemi.

KNAUF T 112 komplekt sistemi ikisəviyyəli metal karkasla asma tavanın yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir. Tavanın hazır konstruksiyası binanın konstruktiv (daşıyıcı) elementi deyildir.

Tavanın əsas inşaat elementləri:
 

  • KNAUF- gipskarton lövhə;
  • tavan üçün TC 60/27 və istiqamətləndirici TU 28/27 metal KNAUF-profillər.


Tavanın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

Bu sistemin fərqləndirici xüsusiyyətləri: Asqılardan istifadə etməklə daşıyıcı tavana bərkidilən asma tavan karkasının əsas profilləri və KNAUF-lövhələrin bərkidildiyi daşıyıcı profillər müxtəlif səviyyələrdə yerləşirlər.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat məsələsinin həlli üçün zəruri olan texniki həllər, işlərin yerinə yetirilməsi üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

T 112 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Müxtəlif təyinatlı yerlərdə həm rekonstruksiya zamanı, həm də yeni inşaatda aşağıdakı məqsədlərlə istifadə olunur:
 

  • tamamlama-bəzək işləri;
  • konstruktiv-planlama məsələlərinin həlli;
  • daşıyıcı tavan konstruksiyalarının əyriliklərin aradan qaldırılması;
  • mühəndis kommunikasiyalarının gizli yerləşdirilməsi;
  • tavanların səs izolyasiyasının artırılması;
  • akustika;
  • tavanların odadavamlılığının artırılması.


Quraşdırma prosesi

Quraşdırma (montaj) prosesi aşağıdakı mərhələləri əhatə edir:
 

  • asma tavanın karkasının layihə vəziyyətinin nişanlanması;
  • karkasın yığılması və bərkidilməsi;
  • KNAUF- gipskarton lövhələrin (GKL) layihə üzrə yerləşdirilməsi və karkasa bərkidilməsi;
  • KNAUF- gipskarton lövhələr arasındakı tikişlərin bağlanması və lazım gələrsə bütün asma tavanının səthinin məcunlanması;
  • asma tavanın səthlərinin boyanma və dekorativ örtükdən əvvəl astarlanması.


Tövsiyələr

Asma tavanın quraşdırılması üzrə işlər layihənin və KNAUF texniki vərəqlərinin tələblərinə ciddi şəkildə müvafiq olaraq, quru və normal rütubətlik rejimlərində (СНиП 2-3-79*) və +15°C temperaturdan aşağı olmamaq şərtilə aparılmalıdır.
Tavanların quraşdırılmasına tamamlama işləri dövründə, otaqda rütubətliliyi xeyli artıra bilən “yaş” proseslər bitdikdən sonra başlanmalıdır.
Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otağı, tualet), mətbəxlər) nəməədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur.
Tavan karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, onların gipskarton lövhələrin bərkidilməsi zamanı karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı olmasın.
T 112 asma tavanlarının rənglənməsini su-dispersiyalı boyalarla yerinə yetirmək tövsiyə edilir. Əhəngli boyalar və maye-şüşəli boyaların çəkilməsi yolverilməzdir.

KNAUF-lövhələrdən T 112 ikisəviyyəli metal karkasda asma tavan komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki T 11 məlumat vərəqinə və T 11 Texniki vərəqinə bax.

  • T 112 komplekt sistemi konkret inşaat tapşırığını – asma tavanın yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • Asma tavanın yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikintiyə çəkilən xərclərdə ümumi qənaətə nail olunur.
  • Tavanların ideya baxımından qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır tavan tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • T 112 asma tavanların səthləri hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: rənglənmə, divar kağızları ilə üzləmə, dekorativ suvaqlama.
  • Otaqların istilik və səs-izolyasiya (səudma) keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-lövhə “nəfəs almaq”, yəni izafi olduqda rütubəti udmaq və ətraf mühitdə rütubətlilik aşağı endikdə onu yenidən “geri qaytarmaq” xüsusiyyətinə malikdir.
Göstəriciləri Ölçüləri
Tavanın bir kvadrat metrinin çəkisi 13,5 kq-a qədər
Karkasın daşıyıcı tavana birləşmə nöqtələri arasında maksimal məsafə 900 mm
Daşıyıcı profillərin oxları arasında maksimal məsafə 500 mm
Əsas profillərin oxları arasında maksimal məsafə 1000 mm
Divar ilə kənar əsas profilin oxu arasında məsafə ~100 mm

Komplekt sistemin tərkibi

Mövqe Adı Ölçü vahidi m² üçün sayı
1 KNAUF-lövhə (GKL,GKLN, GKLO) 1,0
2 KNAUF-profili 60/27 m 3,2
3 Profil uzadıcısı 60/27 əd 0,6
4 İkisəviyyəli birləşdirici 60/27 əd 2,3
5a Yaylı asqı 60/27 əd 1,3
5b Asqı teli əd 1,3
    və ya əvəzinə  
5c Birbaşa asqı 60/27 əd 1,3
5d Şurup LN 9 əd 2,6
6 Şurup TN 25 əd 17,0
7 Anker elementi əd 1,3
8 Tikiş lenti m 1,2
9 KNAUF-Fugen (Fugenfüller) məcunu kq 0,4
10 KNAUF-Tiefengrund astar qarışığı l 0,1

netty2012
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort