D 367

Bir qat metal karkas üzərində üç qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə D 367. knauf Komplekt Sistemi

KNAUF D 367 komplekt sistemi - aralarında 0,5 mm qalınlıqlı, sinklənmiş polad lövhədən ara qatları olan və hər iki tərəfdən üç qat KNAUF-gipslifli lövhələrlə üzlənmiş metal profil karkasdan ibarət arakəsmələrin yaradılması üçün zəruri olan materiallar dəstidir. Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də hazırlana bilər.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 367 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Yüksək odadavamlılıqdan başqa, metal lövhədən istifadə hesabına yüksək möhkəmliyə də malikdir.

Tətbiq sahəsi

Yaşayış, ictimai və sənaye-istehsalat binalarında yaşayış otaqları, mehmanxana nömrələri, iş otaqları, ümumi istifadədə olan otaqlar arasında arakəsmələrin qurulması və həmin sahələrin müdaxilələrdən müdafiəsi üçün tətbiq olunur..

KNAUF D 367 komplekt sistemi aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:

  • seksiyalararası daşıyıcı olmayan divar və arakəsmələr, eləcə də, ümumi dəhlizləri digər otaqlardan ayıran arakəsmələrə konstruksiyaların yanğın təhlükəsi sinfində odadavamlılıq həddi üzrə KO (45) normativ tələblər irəli sürülən yerlərdə;
  • təxliyə (evakuasiya) yollarında (vestibüllər, pilləkən qəfəsələri, lift holları) Q1, V1, D1, T1-dən artıq yanğın təhlükəsi olan materialların istifadəsi yolverilməzdir.
  • divar və arakəsmələrə effektiv kompleks öddanmühafizə və səs izolyasiyası tələblərinin irəli sürüldüyü binalarda.

  • Yanğın təhlükəsizliyi ilə bağlı tələblərin yüksək olduğu sahələrdə istifadəsi tövsiyyə edilir. D 367 arakəsməsi СНиП 21-01-97*-nin 5.14 bəndinin tələblərinin yerinə yetirilməsi şərti ilə yanğına qarşı sədd qismində istifadə oluna bilər.
    Onun tətbiqi konstruktiv sistem və tiplər, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, bina mərtəbələrinin sayı, eləcə də, tikintinin iqlim və mühəndis-geoloji şərtləri ilə məhdudlaşmır.
    Səthi müxtəlif sonrakı son bəzək-tamamlama, məsələn, divar kağızının yapışdırılması, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:

  • Arakəsmənin tavana, döşəməyə və əsas divarlara nəzərən layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
  • D 367 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində şaquli-yönəldilmiş KNAUF-gipslifli lövhələrin quraşdırılması və bərkidilməsi.
  • Layihədə nəzərdə tutulmuşsa – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
  • Karkasın digər tərəfindən KNAUF-gipslifli lövhələrin quraşdırılması və bərkidilməsi.
  • KNAUF-gipslifli lövhələrin arasındakı tikiş yerlərinin və bütün səthin təmiz bəzək-tamamlama işləri üçün astarlanması, məcunlanması.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.

  • Tövsiyələr

    KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa birləşmə kənarı üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dayaqlarının addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilməsi həyata keçirilir.
    Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
    Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin konstruksiyalar və döşəmə əsasıilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.

    D 367 Bir qat metal karkas üzərində üç qat KNAUF-lövhələrlə Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki K 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.

  • D 367 komplekt sistemi konkret inşaat tapşırığını – yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • Tikinti konstruksiyalarının yanğın əleyhinə müdafiəsinin funksional səmərəliliyini alovun sıfır dərəcədə yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərində ümumi qənaətə nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • D 367 arakəsməsinin səthi istənilən bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səsizolyasiya keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipslifli lövhə (GLL) “nəfəs almaq”, yəni izafi rütubəti udmaq və ətraf mühitdə rütubət çatışmadıqda yenidən “nəfəs verməklə” onu buxarlandırmaq xüsusiyyətinə malikdir.
  • Yüksəldilmiş odadavamlılıq göstəricilərinə malikdir.
  • Yüksəldilmiş möhkəmlik göstəricilərinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 103 kq-a qədər
    Arakəsmənin maksimal hündürlüyü 9 m*-ə qədər
    Arakəsmənin qalınlığı 177 mm-ə qədər
    Səs izolyasiya indeksi, Rw 54 dB.
    Odadavamlılıq həddi EI 150.

    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm m2 6,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 0,7
    3 KNAUF-profili DC 50/50 (65/50, 75/50, 100/50) m 4,0
    Şurup MN 30 əd 17
    4b Şurup MN 45 əd 23
    4c Şurup MN 55 əd 38
    5 Sinklənmiş polad m2 4
    6 KNAUF-Fugen (Fugenfüller GL) məcunu kq 1,4 [2,0]
    7 Tikiş lenti m 1,5 [2,2]
    8 Dübel K 6/35 əd 0,7
    9 Kipləşdirici lent m 1,2
    10 KNAUF-Tiefengrund astar qarışığı l 0,2
    11 Mineralmahlıclı plitə m2 1,0
    12 KNAUF-künc profili KP əd **

    ** sifarışçinin istəyinə əsasən.
    [] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012