D 112

Bir qat metal karkas üzərində KNAUF-lövhələrdən iki qat üzlüklü arakəsmə D112. Knauf komplekt sistemi.

KNAUF D111 komplekt sistemi bir qat metal karkas üzərində KNAUF-lövhələrdən (GKL) birqat üzlüklü arakəsmələrin yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.

KNAUF gipskarton üzlük lövhələrlə hissələrlə yığılmış arakəsmələr daşıyıcı konstruksiyalar deyildir.

Arakəsmənin əsas elementləri:

  • KNAUF-lövhə (GKL);
  • istiqamətləndirdici DU və dayaq DC metal profillər.

  • Divarın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

    Bu sistemin fərqləndirici xüsusiyyətləri:

    Hər iki tərəfdən KNAUF lövhələrlə ikiqat üzlənmiş profil metal karkasdan ibarətdir.
    Karkas perimetr üzrə tikinti konstruksiyalarına bərkidilir və Knauf-lövhələr üçün daşıyıcı hissə hesab olunur, onlar isə öz növbəsində şuruplarla karkasa bərkidilərək sərt konstruksiya əmələ gətirir.

    Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

    D 112 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə istahsal olunur, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
    Tətbiq sahəsi

    СНиП 23-02-2003 üzrə quru və normal rütubətlilik rejimli müxtəlif tipli sahələrdə (otaqlarda), bütün odadavamlılıq dərəcələrindən olan istənilən zonada, hətta seysmik rayonlarda belə tikilmiş yaşayış, mülki və sənaye-istehsal binalarında tətbiq edilmək məqsədilə yüngül daxili sədd konstruksiyaları kimi tövsiyə edilir.

    Həm rekonstriksiya zamanı, həm də yeni tikintidə istifadə olunur.

    Yüksək göstəriciləri, o cümlədən odadavamlılıq və səs izolyasiyası üzrə xüsusi tələbləri təmin edən daha universal konsrtuksiyadır.

    Oddavamlılıq, istilik, və səs izolyasiyasına dair tələblərin mövcud olduğu təqdirdə arakəsmənin gipskarton lövhələr arasındakı boşluğu mineral lifli izolyasiya materialı ilə doldurulur.

    Səth sonraki bəzək-tamamlama işləri, məsələn, divar kağızlarının yapışdırması, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Arakəsmənin döşəməyə, tavana və əsas divarlara nəzərən layihə yerləşməsinin nişanlanması.
  • D 112 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün elektrik paylayıcıları və açarları üçün özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin (GKL) quraşdırılması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi.
  • Karkasda ikinci qat şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • Karkasın digər tərəfində KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasındakı boşuqda izolyasiya materialının yerləşdirilməsi.
  • Karkasın digər tərəfində KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • KNAUF-lövhələr arasındakı tikiş yerlərinin örtülməsi və səthə dekorativ bəzək-tamamlama üçün astar çəkilməsi.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.

  • Tövsiyələr

    İşləri temperaturu +15°C-dən az olmayan səhədə və istismari rütubətlik rejimində aparmalı. Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otaqları, tualetlər), mətbəxlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, özü də bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthi KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtülməlidir.

    Arakəsmə karkası məkanındakı elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-lövhələrin (GKLN) bərkidilməsi zamanı həmin naqillərin karkasın iti ucları və ya şuruplarla zədələnməsi ehtimalı olmasın.

    D 112 bir qat metal karkasında KNAUF-lövhələrdən ikiqatlı üzlüklərlə arakəsmənin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 11 Məlumat vərəqinə və D 111 (D 11) Texniki vərəqinə bax.
  • D 112 komplekt sistemi konkret inşaat tapşırığını – yüngül sədd konstruksiyanın yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti xərclərinin ümumi azalmasına nail olunur.
  • Səthin odadavamlılığını artırır.
  • Arakəsmələrin təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • D 112 arakəsməsinin səthi hər cür bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
  • Otaqda nəinki ekoloji təmizlik, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-lövhələr “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və nəmlik az olduqda onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 49 kq-a qədər
    Arakəsmənin maksimal hündürlüyü 9 m*-ə qədər
    Arakəsmənin qalınlığı 100 - 150 mm
    Səs izolyasiya indeksi, Rw 58 dB-ə qədər
    Odadavamlılıq həddi EI 90

    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-lövhə (GKL,GKLN, GKLO) 4,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 0,7
    3 KNAUF-profili DC 50/50 (75/50, 100/50) m 2,0
    4a Şurup TN 25 əd. 13 [14]
    4b Şurup TN 35 əd. 29 [30]
    5 KNAUF-Fugen (Fugenfüller) məcunu ka 1,0 [1,5]
    6 Tikiş lenti m 1,5 [2,2]
    7 Dübel K 6/35 əd. 1,6
    8 Kipləşdirici lent m 1,2
    9 KNAUF-Tiefengrund astar qarışığı l 0,2
    10 Mineralmahlıclı plitə 1,0
    11 KNAUF-künc profili KP əd **

    ** sifarışçinin istəyinə əsasən.
    [ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

     

     

    netty2012