<h1>AQUAPANEL Xarici</h1>

AQUAPANEL Xarici

AQUAPANEL Xarici

AQUAPANEL Xarici Universal sement əsaslı plitə ekoloji təmiz lövhəşəkilli inşaat bəzək-tamamlama materialıdır.

AKVAPANEL Xarici Universal sement plitəsi hər iki tərəfdən şüşə torla möhkəmləndirilmiş yüngül mineral əlavəli sementdən ibarət özəyi olan düzbucaqlı formada lövhəşəkilli materialdır. Yanları kəsilmiş, kənar-haşiyəsi gücləndidirilmiş olur. Yan kənar-haşiyələri (EasyEdge) əlavə olaraq şüşəvari materialla gücləndirilmişdir. Möhkəmləndirici şüşə torun sayəsində AKVAPANEL sement plitəsi quru halda bir metr radiusla əyilir ki, bu da onların əyrixətli səthlərdə istifadə olunmasına imkan yaradır.

Tətbiq sahəsi

AKVAPANEL Xarici karkas tipli binalarda, həmçinin də binaların fasadlarının bərpası zamanı tətbiq olunur.
AKVAPANEL Xarici istənilən bəzək-tamamlama naterialları ilə üzlənmə üçün hazır düz əsasdır, ekstremal hava şəraitlərinə davam gətirən yüksək dözümlülüyə malikdir və aşağıdakılar üçün istifadə olunur:

  • xarici tavanların qurulmasında;
  • xarici divarların qurulmasında;
  • köhnə fasadların təmirində;
  • kürsülüklərin bəzə-tamamlanmasında;
  • damların kənar-zehlərinin (çıxıntılarının) qurulmasında;
  • kənd təsərrüfatı sistemlərinin qurulmasında.

  • Quraşdırma prosesinə aşagıdakı iş mərhələləri daxildir:

  • AKVAPANEL Xarici plitələrinin açılması.
  • Metal və ya ağac karkasın qurulması.
  • Plitələrin quraşdırılması.
  • tikişlərin örtülməsi və bütün səthin başdan-başa KNAUF-Sevener suvaq-yapışqan qatışığı ilə örtülməsi.
  • Səthin dekorativ bəzək-tamamlanması.

  • Tövsiyələr

  • Plitələri nəmin birbaşa düşməsindən qorumaq üçün talvarların altında saxlanması tövsiyə olunur.
  • Yaş panellər quraşdırılmadan əvvəl qurudulmalıdır.
  • Quraşdırılmadan əvvəl plitələr otağın havasına uyğunlaşdırılmalıdır. Materialın və ətraf mühitin temperaturu + 5ºC–dən aşağı olmamalıdır.
  • Plitələr üfüqi vəziyyətdə quraşdırılmalıdır!
  • Dayaq profillər 600 mm–dən bir qurulmalıdır.
  • Quraşdırılmanın rahat yerinə yetirilməsi ücün plitələrin üzərində yardımçı nişan olur. Şurupların bərkidilmə yerləri işarələnmişdir.
  • KNAUF-Diamand fasad suvağı çəkilməzdən əvvəl səth KNAUF-İzoqrund astarlığı ilə işlənməlidir.

  • AKVAPANEL Xarici sement plitəsinin quraşdırılması ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə bax.

  • Şişmə və qopmalar olmadan yüksək nəmədavamlılıq.
  • Göbələk və kiflənməyə qarşı yüksək dözümlülük.
  • Zəhərli qarışıqların olmaması.
  • Ekstremal hava şəraitlərinə (külək, yağış, qar, hərarətin dəyişməsi və s.) qarşı yüksək dözümlülük.
  • Quraşdırmanın asan və tez başa gəlməsi.
  • Əyilmə radiusu 1 metrədək olan əyrixətli səthlərin yaradılması imkanı.
  • İşlənmədə texnolojilik.
  • Səthlərin işlənməsi zamanı əmək tutumlu proseslərin istisna olunması.
  • Quru inşaat texnikası uzunmüddətli quruma prosesini istisna edir.
  • Xüsusi alətdən istifadəyə ehtiyac qalmır.
  • Quraşdırılmanın sürətlə yerinə yetirilməsi inşaat işlərinin müddətlərini və qiymətini aşağı salır.
  • Zərbəyədavamlılıq və uzunömürlülük.
  • Güstəriciləri Ölçüləri
    Eni (mm) 900/1200
    Uzunluğu (mm) 1200/2400/2800
    Qalınlığı (mm) 12,5
    Çəkisi, kq/m² təxminən 16
    Minimum əyilmə radiusu (m) eni 900 mm olan plitə >3
    Minimum əyilmə radiusu (m) eni 300 mm olan zolaqlar üçün >1
    Sıxlığı, kq/m³ 1100- 1200
    Əyilmə müqaviməti, МPа > 10,0
    İstilikkeçirmə əmsalı, Vt/m 0К 0,36
    Şaxtaya davamlılıq (dövr) >75
    Turşuluq göstəricisi (qələvilik),  рН 12
    Yanma qrupu Г1
    Elastiklik modulu (МPа) 4000-7000
    Statik yük 1 m²-də 50 kq-a qədər
    netty2012