<h1>KNAUF-superlövhə (GLL)</h1>

KNAUF-superlövhə (GLL)

KNAUF-superlövhə (GLL)

KNAUF–superlövhə (GLL) quru inşaat üçün binaların yanğın təhlükəsizliyi, istilik-izolyasiya üzrə yüksək tələblərə cavab verən yüksək keyfiyyətli, ekoloji təmiz inşaat-tamamlama materialıdır.

KNAUF-gipskarton superlövhə (GLL) düzbucaqlı forma üçün lövhəvi bəzək-tamamlama materialıdır. DÜİST P 51829-2001 üzrə, büzücü gips və açıq tullantı liflərin qarışığının bütün lövhə boyu bərabər şəkildə paylanaraq preslənməsi yolu ilə hazırlanır. Gipslifli KNAUF–superlövhənin uz və arxa tərəfləri effektli hidrofobizarorla işlənmiş, çökməyə qarşı xüsusi hopdurma ilə cilalanmışdər.

Gipslifli KNAUF–superlövhələr uzununa kənar-haşiyələrin formasına görə iki cür – düz kənar-haşiyəli (DK) və falslanmış kənar haşiyəli (FK) olur. Lövhələrin yan kənar-haşiyələri düzbucaqlıdır. Lövhələrin nişanlanması (markalanması) işi silinməyən göy boya ilə hər lövhənin arxa tərəfində aparılır və bu şərti işarələri əhatə edir: lövhənin növü, uzununa kənar-haşiyənin tipi, nominal uzunlugu, eni və qalınlığı (mm), standartı.

Nəmədavamlı gipslifli kənar-haşiyəsi falslanmış, uzunlugu 2500 mm, eni 1200 mm və qalınlığı 10 mm olan lövhənin nişanlanmasına misal:

GLLN – FK – 2500/1200/10 DÜİST P 51829–2001.

Bütün texnoloji proses ərzində və onun başa çatmasına kimi gipslifli KNAUF–superlövhələr məhsulun yüksək keyfiyyətli olmasına zəmanət verən bütün sərt texniki nəzarətdən keçir. Məhsulun keyfiyyəti təsdiqlənir: DÜİST-lə, uyğunluq sertifikatı ilə, yanğın təhlükəsizliyi sertifikatı ilə və mənzil-mülki inşaat sahəsində tətbiqə dair gigiyenik rəylə.

Tətbiq sahəsi

Yaşayış, inzibati, ictimai və istehsalat binalarında tətbiq edilmək üçün nəzərdə tutulmuşdur:

  • bütün dərəcələrdən olan odadavamlılığa malik, I dərəcə də daxil;
  • bütün dərəcələrdən olan konstruktiv yanğın təhlikəsizliyinə malik, SO dərəcəsi də daxil;
  • bütün dərəcələrdən olan funksional yanğın təhlikəsizliyinə malik, F1 dərəcəsi də daxil;
  • istənilən konstruktiv sistem və tirpli;
  • yüksək məsuliyyət də daxil istənilən məsuliyyət səviyyəli;
  • müxtəlif mərtəbəli;
  • inşaatın iqlim və mühəndisi-geoloji şəraitindən asılı olmayaraq.

  • KNAUF-gipskarton superlövhələrin prioritet tətbiq sahələri bunlardır:

    1. yanğının yayılmasının sıfır həddi zamanı odadavamlılıq üzrə normalaşdırılmış tələblərin irəli sürüldüyü daşıyıcı, sədd və digər konstruksiyaların yanğından mühafizəsi, o cümlədən:

  • təxliyə (evakuasiya) yollarında yerləşən divar və tavanlar (vestibüllərdə, lift hollarında, pilləkən qəfəsələrində);
  • konstruktiv karkas sxemli divar, arakəsmə və örtülü binalar;
  • arakəsmə və örtülər də daxil olmaqla mansarda mərtəbələrindəki konstruksiyaların ağac elementləri;
  • sütunlar, tirlər, kommunikasiya şaxtaları, kabel kanalları və s.
  • 2. KNAUF-döşəmələrin yığma təməl-əsasının dartaqlarının qurulması;
    3. sədd konstruksiyalarının kompleks yanğın əleyhinə müdafiəsi və səs izolyasiyası.
    Adi gipslifli KNAUF–superlövhələrdən (GLL) quru və normal rütubətli binalarda istifadə etmək tövsiyə olunur.
    Karkas konstruksiyalarının (arakəsmələr, üzlüklər, tavanlar, mansarda konstruksiyaları) üzlənməsi məqsədilə büküklü, uzununa kənar-hasiyəli gipslifli KNAUF–superlövhələr tətbiq olunur.
    Düz uzununa kənar-hasiyəli gipslifli KNAUF–superlövhələr DT 13 KNAUF-döşəmələrin yığma təməl-əsaslarının konstruksiyalarının qurulmasında istifadə olunur.

    Tətbiq prosesinə aşagıdakı əsas iş mərhələləri daxildir:

  • Arakəsmənin döşəmə üzərində lahiyə vəziyyətinin nişanlanması.
  • Nişanın tavana köçürlməsi.
  • Tavan və döşəməyə karkasın istiqamətləndirici İP KNAUF-profillərin bərkidilməsi.
  • Dayaq profillərin və istiqamətləndiricilərin qurulması və bunların bir-birinə çataqlanaraq bərkidilməsi.
  • Stasionar avadanlığın arakəsməsinə bərkidilmək üçün karkasın daxilində elektrik xətlərinin və özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində gipslifli KNAUF–superlövhələrin qurulması və bərkidilməsi.
  • Karkasın dayaqların arasında izolyasiya materialının qoyulması (əgər bu layihədə nəzərdə tutulmuşdursa).
  • Gipslifli KNAUF–superlövhələrin karkasın digər tərəfində qurulması və bərkidilməsi.
  • Gipslifli KNAUF–superlövhələr arasındakı tikişlərin və bağlanmış vint oyuqlarının KNAUF–Fugenfüller GLməcunu ilə doldurulması.
  • Səthin bəzək-tamamlama örtülməsi üçün astarlanması.

  • Tövsiyələr

  • Çoxqatlı üzlənmənin bir gün ərzində yerinə yetirilməsi tövsiyə edilir.
  • Məcunlanmadan əvvəl lövhələrin kəharları KNAUF–Tifengrund astarlığı ilə işlənir.
  • Kənar-haşiyələrin və vintlər bağlandıqdan sonra yaranmış oyuqların məcunlanması KNAUF–Fugenfüller GLvə ya KNAUF-Uniflot məcunu ilə, istismar şəraitinə uyğun həyata keçirilir.
  • Suyun birbaşa konstruksiyaların səthinə düşdüyü yerlərdə (vanna otaqları, duş kabinələri) lövhələrin bitişmə yerləri KNAUF–Flexendixtband tipli hidroizolasiya lenti ilə, lövhələrin səthi və bitişmə qovşaqları isə KNAUF–Flexendixt hidroizolyasiya mastikası ilə işlənir.

  • KNAUF-lövhələrin quraşdırılması ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə bax.

  • Yüksək odadavamlılığa malikdir.
  • Gipslifli KNAUF–superlövhələrdən bəzək-tamamlama işlərinidə istifadə zamanı əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
  • Binaların konstruksiyasının yüngülləşdirilməsi hesabına inşaatda məsrəflərin ümümi qənaətinə nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur.
  • Nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Materialda toksik komponentlər yoxdur və turşuluğu insan dərisinin turşuluğu ilə eynidir.
  • Sərt dünya standartlarına tam uyğundur.
  • Göstəricilər Ölçülər
    Kənar haşiyənin tipi  
    DK

    Düz kənar. Düz uzununa kənarlı kiçik formatlı Knauf KNAUF-superlövhələr rütubətə davamlı (GLLN) DÖ 13 KNAUF yığma döşəmə əsaslarının konstruksiyalarının quraşdırılması üçün nəzərdə tutulmuşdur.

    FK

    Falslanmış kənar. Karkaslı konstruksiyaların (arakəsmələr, üzləmələr, asma tavanlar, mansard konstruksiyaları) quraşdırılması üçün falslanmış uzununa kənarlı lövhələrdən istifadə olunur.

    Ölçülər, mm 2500х1200х10 və 2500х1200х12,5
    Qablaşdırılma Bağlama, 50 lövhə (150 m²) və Bağlama, 40 lövhə (120 m²)
    Termoçökmə örtük ilə  

    İstehsal müəssisələri ilə razılaşdırılma əsasında müxtəlif ölçülü lövhələrın istehsalı mümkündür.

    Fiziki və texniki xassələri

    Göstəricilər Ölçülər
    Çəkisi 1m², kq, harada ki s - mm-lə nominal hesabi qalınlıqdır ; qalınlığı 10 mm ən azı 1,08s
    Çəkisi 1m², kq, harada ki s - mm-lə nominal hesabi qalınlıqdır ; qalınlığı 12,5 mm ən azı 1,25s
    İstilikkeçirmə əmsalı (sıxlığı 1000-dən, 1200 kq/m ), V/m °C 0,22-dən 0,36 qədər
    İstilikudma əmsalı, V/m °C 6,2-dən çox olmayaraq
    Əyilmə həddi, MPа ən azı 5,3
    Brinell üzrə sərtlik, MPа ən azı 20
    Rütubət, % 1,5-dən çox olmayaraq
    Buxar keçiriciliyi əmsalı, Мq/m • s • Pa 0,12
    Təbii radionuklidlərin müəyyən effektivliyi Bk/kq 370-dən çox olmayaraq

    Yanğın-texniki göstəriciləri

    • Yanma qrupu— Г1 (ГОСТ 30244-94 üzrə);
    • Alışma qrupu — В 1 (ГОСТ 30402-96 üzrə;
    • Tüstüəmələgəlmə qrupu — Д 1 (ГОСТ 12.1.044-89 zrə);
    • Toksiklik qrupu— Т 1 (ГОСТ 12.1.044-89 üzrə;
    • Alovun yayılma qrupu— РП 1 (ГОСТ Р 51032-97 üzrə.
    netty2012