Rotband

Gips əsaslı universal suvaq qarışığı Knauf-Rotband

Yüksək adgeziyanı təmin edən polimer əlavəli gops əsaslı universal quru suvaq qarışığıdır.

Gips əsaslı quru qarışıqlar ağdan-boza və hətta çəhrayıyadək müxtəlif rənglərdə ola bilərlər. Bu, gips daşında təbii aşqarların mövcudluğu ilə əlaqədardır.

Qarışığın rəngi onun xüsusiyyətlərinə qətiyyən təsir etmir.

Tətbiq sahəsi

  • Adi sərt özüllü, misal üçün, beton, kərpic, sement suvağı tavan və divarların, eləcə də penopolistrol səthlərin yüksək keyfiyyətlə suvaqlanması üçün nəzərdə tutulur.
  • Hamar beton tavan və divar səthləri üçün xüsusilə tövsiyə edilir.
  • Normal rütubətli məkanların bəzək-tamamlanmasında, eləcə də, mətbəx və hamam otaqlarında istifadə etmək olar.
  • KNAUF-Rotband gips suvağı əlavə məcunlanmaya ehtiyacı olmayan hamar səth alınmasını təmin edir.
  • Hətta qalın qat kimi vurulduqda da çatlamır.
  • KNAUF-Rotband gips suvağına çəkilən məsrəf ənənəvi sement-qum suvaq qarışıqlarına çəkilən xərcə nisbətən 2 dəfə azdır.
  • Bir nametə əvvəlcədən çiləmədən 50 mm-dək qalınlığı olan suvaq qatı çəkilə bilər. Zərurət olduqda iki dəfəyə daha qalın qatların çəkilməsi mümkündür.
  • Materialın universallığı – eyni vaxtda suvaqlama, dekorativ elementlərin hazırlanması, təmir və bərpa işləri.
  • Yüksək susaxlama qabiliyyəti – məhlul qarışığı hətta məsaməli, nəmi yaxşı hopduran səthlərdə və yüksək temperatur zamanı da qatlara ayrılır və tam susuzlaşmır.
  • Otaqdakı rütubət rejimini nizamlayır – “nəfəs alaraq” otaqda əlverişli mikroiqlim yaradır.
  • Material ekoloji təmiz təbii mineraldan (gipsdən) hazırlanır və tərkibində insanların sağlamlığı üçün zərərli maddələr yoxdur.
  • Güstəriciləri Qiymətləri
    Bir qatın qalınlığı  
    • minimal
    5 mm
    • maksimal
    50 mm
    Qatın qalınlığı 10 mm oduqda sər norması ~8,5 kq/ m2
    Quruma müddəti ~ 7 sutka
    Fraksiyanın maksimal ölçüsü 1,2 mm-ə qədər
    Sərtlik  
    • sıxılmada
    >2,5 MPa
    • əyilmədə
    >1,0 MPa
    Bərkimiş halda sıxlıq ~950 kq/m3
    Qablaşdırılma Kağız kisə 30; 10 və 5  kq
    Saxlama müddəti zədələnməmiş bağlamada 6 ay

     

    netty2012