М 682

Metal karkas üzərində bir və ya iki qat Knauf-gipslifli lövhələrdən ibarət mansard üzlüyü M 682. Knauf komplekt sistemi.

KNAUF M 682 komplekt sistemi metal karkasda gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat və ya iki qatlı divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.

Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

M 682 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.

Tətbiq sahəsi

Mansarda (tavan konstruksiyası altında çəp tavanlı otaq-çardaq) yerlərinin üzlənməsi üçün oddanqorunma məqsədilə tətbiq olunur. M 682 üzlüyü yanğın əleyhinə maneələrin konstruktiv elementləri kimi də istifadə oluna bilər.
Onun tətbiqi inşaatın: konstruktiv sistem və tipləri, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, binanın mərtəbələrinin sayı, eləcə də iqlim və mühəndisi–geoloji şərtləri ilə məhdudlaşmır.

Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Tavan, eniş (maillik) və divarların nişanlanması.
  • Düz asqıların nişanlanma üzrə mansardanın tavan və eniş hissələrinə bərkidilməsi.
  • Daşıyıcı KNAUF-profillərin düz asqılara quraşdırılması, bunların bir müstəvidə düzlənməsi və düz asqılara bənd edilməsi.
  • Mansardanın şaquli hissəsinin karkasının quraşdırılması (daşıyıcı divarların üzlənməsi S 666 Məlumat vərəqəsinə müvafiq olaraq aparılır).
  • Üzlükdə stasionar avadanlığın bərkidilməsi üçün elektrik, santexniki və digər mühəndis kommunikasiyalarının, özül detalların quraşdırılması.
  • Səs və istilik izolyasiya materiallarının qurulması (əgər layihədə nəzərdə tutulmuşsa).
  • Karkasın gipslifli KNAUF-superlövhələrlə üzlənməsi.
  • İkiqatlı haşiyə-kübələnmələrdə (qovuşuq yerlərində) gipslifli KNAUF-superlövhələrin (GLL) növbəti qatlarının quraşdırılması hər qatda qovuşuq yerlərinin sonrakı məcunlanması ilə aparılır.
  • Kənarların astarlanması gipslifli KNAUF-superlövhələrin (GLL) və vint oyuqlarının məcunlanması.
  • Səthin təmiz (son) bəzək-tamamlama işləri üçün hazırlanması.

  • Tövsiyələr

    Məcunlanmadan əvvəl gipslifli KNAUF-superlövhələrin (GLL) kənarları KNAUF-Tiefenqrud astarlığı ilə işlənir. KNAUF-superlövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
    Xarici üzlənmənin haşiyə-kübələri (qovuşma yerləri) əvvəlcədən çəkilmiş məcun qatına batırmaqla qoyulan armaturlaşdırıcı kağız lentlə (sərpingə - yeri seyrək pambıq parça) gücləndirilir.
    Yüksək rütubətli, suyun divarlara birbaşa təmas imkanının olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) üzlüklərin sədd konstruksiyaları və döşəmənin binövrə-əsası ilə birləşmə yerləri KNAUF-Flexendixtband tipli hidroizolyasiya lenti ilə hermetikləşdirilir, səthi isə KNAUF-Flexendixt tipli hidroizolyasiya mastikası ilə işlənir.

    M 682 metal karkasda gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat və ya iki qatlı mansard üzlüyü komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki M 682 Məlumat vərəqinə bax.

  • M 682 metal karkasda gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat və ya iki qatlı mansarda üzlükləri “yaş” texnologiyalardan və ənənəvi materiallardan (kərpic, beton, divarçəkmə və suvaq məhlulları) istifadə etməklə mansarda yerlərinin tamamlanma işləri üçün səciyyəvi olan əmək tutumlu proseslərdən yan keçməyə imkan verir.
  • Mansardanın gipslifli KNAUF-superlövhələrdən istifadə etməklə quru üsulla işlənməsi bu tipli sahələrə qoyulan yüksək yanğındanqorunma tələblərinə cavab verir.
  • Gipslifli KNAUF-superlövhələrdən olan mansarda üzlükləri konstruksiyaları sadə və etibarlıdır, asan quraşdırılır, çardaqdakı məkanlardan maksimal istifadə etməyə imkan verir.
  • Üzlüklərin düzgün həndəsi quruluşu və hamar səthi memarlıq həllərinin çoxvariantlılığını, eləcə də müxtəlif dekorativ örtülərin və dizayn elementlərindən istifadəni təmin edir.
  • Gipslifli KNAUF-superlövhələrdən (GLL) olan üzlüklərin köməyi ilə çardaq az məsrəflə asanlıqla və tez bir zamanda rahat yaşam məkanına çevrilir.
  • Hazır səth tamamlanmış (işlənmiş) səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
  • Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
  • Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – gipslifli KNAUF-superlövhə (GLL) “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və rütubət az olduqda onu ətraf mühitə “qaytarmaq” xüsusiyyətinə malikdir.
  • Səs və istilik izolyasiyası materialları ilə doldurulma üçün konstruksiyanın hava aralıqlarından istifadə edilməsi.
  • Karkasın boşluluqlarına texniki şəbəkə-torların çəkilməsi imkanı.
  • Divarların səthinə maraqlı (əyrixətli) formaların verilməsi imkanı.
  • Показатели Ölçüləri
    Bir kvadrat metrinin çəkisi, 1 qat 34 kq-a qədər
    Üzlüyün maksimal hündürlüyü 4, 25 m*-ə qədər

    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm 2,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 0,7
    3 KNAUF-profili DC 50/50 (75/50, 100/50) m 2,0
    4a Şurup MN 30 əd 6 (7)
    4b Şurup MN 45 əd 14 (15)
    5 KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu kq 0,5 (0,75)
    6 Tikiş lenti m 0,75 (1,1)
    7 Dübel K 6/35 əd 1,6
    8 Kipləşdirici lent m 1,2
    9 KNAUF-Tiefengrund astar qarışığı l 0,1
    10 Mineralmahlıclı plitə 1,0*
    11 KNAUF-künc profili KP əd *

    ** sifarışçinin istəyinə əsasən.
    () mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012