D 361

Bir qat metal karkas üzərində bir qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmələr D 361. Knauf Komplekt Sistemi

KNAUF D 361 komplekt sistemi - arakəsmələrin yaradılması üçün hər iki tərəfdən bir qat KNAUF-gipslifli lövhələrlə üzlənmiş metal profil karkasından ibarət materiallar dəstidir.

Arakəsmə konstruksiyası həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə hazırlana bilər.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 361 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Yaşayış, ictimai və sənaye-istehsalat binalarında yaşayış otaqları, mehmanxana nömrələri, iş otaqları, ümumi istifadə otaqlarının və s. arasında arakəsmələrin qurulmasında tətbiq olunur.
Yüksək yanğın təhlükəsizliyi tələblərinin olduğu otaqlarda istifadə edilməsi tövsiyyə edilir.
D 361 arakəsməsi yanğın əleyhinə sədd kimi istifadə oluna bilər.

Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Arakəsmənin layihə vəziyyətinin nişanlanması.
  • D 361 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik ayrılma və qoşucu-özül detalların quraşdırılması.
  • KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması.
  • Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasında izolyasiya materialının yerıəşdirilməsi.
  • Karkasın digər tərəfində KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi.
  • Son bəzək-tamamlama üçün KNAUF-gipslifli lövhələrin (GLL) arasındakı tikiş yerlərinin və bütöv səthin astarlanması, məcunlanması.
  • Təmiz döşəmə qurulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlanması.

  • Tövsiyələr

    KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa kənarı (VK) üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dirəklərinin addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə sürüşdürmə ilə yerdəyişməsi həyata keçirilir.
    Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarınının deformasiya edici addımlarının icbari təkrarlanması ilə ən azı hər 8-10 m-dən bir olmaqla qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və şurupların bağlanmasından sonra yaranmış oyuqlarının məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə yerinə yetirilir.
    Yüksək rütubətli və ya suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin daşıyıcı konstruksiyalar və döşəmə əsası ilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.

    D 361 Bir qat metal karkas üzərində bir qat KNAUF-lövhələrlə Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.

  • D 361 komplekt sistemi konkret inşaat tapşırığını – yüksəldilmiş möhkəmlik göstəricilərinə malik yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • İnşaat konstruksiyalarının yanğın əleyhinə müdafiəsinin funksional səmərəliliyini alovun sıfır dərəcədə yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərində ümumi qənaətə nail olunur.
  • Təxəyyül baxımından qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • D 361 arakəsməsinin səthi istənilən bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səs izolyasiya keyfiyyətləri artır.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF- gipslifli lövhə (GLL) “nəfəs almaq”, yəni izafi rütubəti udmaq və ətraf mühitdə rütubət çatışmadıqda yenidən “nəfəs verməklə” rütubəti buxarlandırmaq xüsusiyyətinə malikdir.
  • D 361 konstruksiyası daha az material sərfiyyatına malik olmaqla müvafiq olaraq daha çox qənaət baxımdan səmərəlidir.
  • Yüksəldilmiş odadavamlılıq göstəricilərinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 49 kq-a qədər
    Arakəsmənin maksimal hündürlüyü 8 m*-ə qədər
    Arakəsmənin qalınlığı 75-125 mm *
    Səs izolyasiya indeksi, Rw 54 dB-ə qədər
    Odadavamlılıq həddi EI 60

    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm m2 2,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 0,7 [1,3]
    3 KNAUF-profili DC 50/50 (75/50, 100/50) m 2,0
    4 Şurup MN 30 əd 29 [34]
    5 KNAUF-Fugen (Fugenfüller GL) məcunu kq 0,6 [0,9]
    6 Tikiş lenti m 1,5 [2,2]
    7 Dübel K 6/35 əd 1,6
    8 Kipləşdirici lent m 1,2
    9 KNAUF-Tiefengrund astar qarışığı l 0,2
    10 Mineralmahlıclı plitə m2 1,0
    11 KNAUF-künc profili KP əd. **

    ** sifarışçinin istəyinə əsasən.
    [ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012