D 113

Bir qat metal karkas üzərində KNAUF-lövhələrdən üç qat üzlüklü arakəsmə D113. Knauf komplekt sistemi.

KNAUF D 113 komplekt sistemi bir qat metal karkas üzərində KNAUF-lövhələrdən (GKL) üçqat üzlüklü arakəsmələrin yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.
KNAUF gipskarton üzlük lövhələrlə elementlərlə yığılmış arakəsmələr daşıyıcı konstruksiyalar deyildir.

Arakəsmənin əsas elementləri:

  • KNAUF-lövhə (GKL);
  • istiqamətləndirdici metal DU və dayaq DC profillər.

  • Divarın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

    Bu sistemin fərqləndirici xüsusiyyətləri:

    İki tərəfdən KNAUF-lövhələrlə üç qatla üzlənmiş profil metal karkasdan ibarətdir.
    Karkas perimetr üzrə tikinti konstruksiyalarına bərkidilir və öz növbəsində karkasa şuruplarla bənd edilərək sərt konstruksiya əmələ gətirən KNAUF-lövhələr üçün daşıyıcı hissə hesab olunur.

    Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

    D 113 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
    Tətbiq sahəsi

    СНиП 23-02-2003 üzrə quru və normal rütubətlilik rejimli müxtəlif tipli sahələrdə (otaqlarda), bütün odadavamlılıq dərəcələrindən olan istənilən zonada, hətta seysmik rayonlarda belə tikilmiş yaşayış, mülki və sənaye-istehsal binalarında tətbiq edilmək məqsədilə daxili sədd konstruksiyası kimi tövsiyə edilir.

    Həm rekonstriksiya zamanı, həm də yeni inşaatda istifadə olunur.

    Odadavamlılıq üzrə xüsusi yüksək göstəricilər zamanı istifadəsi tövsiyə olunur.

    Odadavmlılıq, istilik, və səs izolyasiyasına dair tələblərin mövcud olduğu təqdirdə arakəsmənin gipskarton lövhələr arasındakı sahəsi mineral lifli izolyasiya materialı ilə doldurulur.

    Səth sonraki bəzək-tamamlama işləri, məsələn, divar kağızlarının yapışdırması, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:

  • Arakəsmənin döşəməyə, tavana və daşıyıcı divarlara nəzərən layihə üzrə yerləşməsinin nişanlanması.
  • D 113 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün elektrik paylayıcı və açarlar üçün özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində şaquli-istiqamətləndirilmiş KNAUF-lövhələrin (GKL) quraşdırılması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi.
  • Karkasda ikinci qat şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi.
  • Karkasda üçüncü qat şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi.
  • Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasında izolyasiya materialının yerləşdirilməsi.
  • KNAUF-lövhələrin (GKL) karkasın digər tərəfində quraşdırılması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi.
  • Karkasda ikinci qat şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi.
  • Karkasda üçüncü qat şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
  • KNAUF-lövhələr arasındakı tikiş yerlərinin örtülməsi və səthə dekorativ bəzək-tamamlama üçün astarın çəkilməsi.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsməsinin dekorativ bəzək-tamamlama işləri.

  • Tövsiyələr

    İşləri temperaturu +15°C-dən az olmayan səhədə və istismari rütubətlik rejimində görmək lazımdır.

    Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otaqları, tualetlər), mətbəxlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, özü də bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthi KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtülməlidir.

    Arakəsmə karkasın içərisindəki elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-lövhələrin (GKLN) bərkidilməsi zamanı həmin naqillərin karkasın iti ucları və ya şuruplarla zədələnməsi ehtimalı olmasın.

    D 113 bir qat metal karkasında KNAUF-lövhələrdən ikiqatlı üzlüklərlə arakəsmənin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 11 Məlumat vərəqinə və D 113 (D 11) Texniki vərəqinə bax.
  • D 113 komplekt sistemi konkret inşaat tapşırığını – yüngül sədd konstruksiyanın yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərinin ümumən azalmasına nail olunur.
  • Səthin əlavə odadavamlılıq verir.
  • Arakəsmələrin təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • D 113 arakəsməsinin səthi hər cür bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir. Otaqda nəinki ekoloji təmizlik, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-lövhələr “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və nəmlik az olduqda onu ətraf mühitə buxarlandırmaq xüsusiyyətinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 78 kq-a qədər
    Arakəsmənin maksimal hündürlüyü 9,5 m*-ə qədər
    Arakəsmənin qalınlığı 175 mm-ə qədər
    Səs izolyasiya indeksi, Rw 56 dB
    Odadavamlılıq həddi EI 240


    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-lövhə (GKL,GKLN, GKLO) 6,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 0,7
    3 KNAUF-profili DC 50/50 (75/50, 100/50) m 2,0
    4a Şurup TN 25 əd. 13 [14]
    4b Şurup TN 35 əd. 21 [22]
    4c Şurup TN 55 əd. 29 [30]
    5 KNAUF-Fugen (Fugenfüller) məcunu kq 1,4 [2,0]
    6 Tikiş lenti m 1,5 [2,2]
    7 Dübel K 6/35 əd. 1,6
    8 Kipləşdirici lent m 1,2
    9 KNAUF-Tiefengrund astar qarışığı l 0,2
    10 Mineralmahlıclı plitə 1,0
    11 KNAUF-künc profili KP əd. **

    ** sifarışçinin istəyinə əsasən.
    [ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

     

    netty2012