<h1>KNAUF Azərbaycanda</h1>

KNAUF Azərbaycanda

Knauf  şirkəti, Azərbaycan Respublikasının inşaat bazarında 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Knauf şirkətinin hər bir ölkədə fəaliyyətinin xüsusiyyətləri – müştəriyə yaxın olmaq, yerli personalı cəlb edərək və yerli xammaldan istifadə edərək məhsul istehsal etməkdən ibarətdir. Bu fəlsəfəyə əsaslanaraq, 2006-cı ildə Goranboy rayonunda "Gilan & Knauf" zavodunun tikintisi başlandı və 2008-ci ildə ilk məhsul istehsal olunmuşdur.

Knauf Qrupu, məhsullar istehsal edən istehsal müəssisələri ilə yanaşı, məhsulların təbliği, ölkədə tanınması, reklam işləri və bu kimi marketinq fəaliyyətlərini həyata keçirən Marketing Təşkilatlarını da təsis edir. Qeyd edildiyi kimi, Knauf Qrupu Azərbaycan Respublikasında “Gilan Holding“ lə birgə təsis etdiyi istehsal müəssisəsindən əlavə, 2006-cı ildə “Knauf İnternational GmbH” a məxsus olan marketinq təşkilatını da təsis etmişdir. Bu təşkilat “Knauf Marketing Baku” MMC-dir. 

“Knauf Marketing Baku” MMC -nin əsas iş prinsipi - Knauf məhsullarının ölkədə tanınması, məhsulların reklam siyasəti, texniki dəstək, ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlıq, “Gilan and Knauf” MMC-nin istehsal etdiyi gipskarton lövhələri və profillər üzrə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində olan Azərbaycan İnşaat Memarlıq Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində işlənib hazırlanmış inşaat normativ sənədləri, Fövqəladə Hallar Nazirliyinin nəzdində Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyi ilə tikinti sahəsində inşaat standartları üzrə Almaniyanın DİN (Normalar üzrə İnstitut) və DİBT (İnşaat texnikası üzrə İnstitut) İnstitutları və dövlət qurumları ilə səmərəli əməkdaşlıq və bu kimi digər fəaliyyətdən ibarətdir.

Bundan əlavə “Knauf Marketing Baku“ MDB məkanında olduğu kimi ali, orta və ibtidai-peşə təhsil müəssisələri ilə fəal əməkdaşlıq edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında "Knauf Marketing Baku" MMC və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında  əməkdaşlıq sazişi imzalanmışdır və 2008-ci ildə AzMİU-da Knauf Tədris-Məsləhət Mərkəzi açılmışdır. Bu mərkəzdə ustalar üçün qısamüddətli kurslar aparılır, fakultələrin çoxlarının tədris planına və təhsil layihələrinə, müasir tikinti materialları və texnologiyalar üzrə Knauf modulları daxil edilib, inşaat kollecində böyük həcmdə quru inşaat kursu keçirilir, həmçinin, hər bir maraqlanan üçün qısamüddətli kurslar təşkil edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda iki Knauf Resurs Mərkəzi fəaliyyət göstərir. 2011-ci ildə peşə təhsil müəssisələrinin tədris-təlim prosesinə "Quru inşaat ustası" ixtisası daxil edilmişdir. Bu ixtisasa dəstək məqsədi ilə dərslik və tədris vəsaitləri tərcümə və adaptasiya olunur, öyrənmə prosesi tələbələrin beynəlxalq peşəkar müsabiqələrdə iştirakı ilə stimullaşdırılır.

netty2012
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort