T 14

Torşəkilli metal tavanlar T 14. KNAUF Komplekt sistemi.

KNAUF T 14 komplekt sistemi səthin daimi strukturunu əmələ gətirən (tor. 600x600 mm) torşəkilli asma tavanın yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.

Tavanın hazır konstruksiyası binanın konstruktiv (daşıyıcı) elementi deyildir.

Tavanın əsas tikinti elementləri:
 

  • müxtəlif tərtibatda olan mineral əsaslı hazır KNAUF–AMF–THERMATEX lövhələri;
  • T-şəkilli metal profillər.

  • Tavanın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

    Əsas elementlərdən başqa, komplekt sistemə konkret tikinti vəzifəsinin həlli üçün zəruri olan texniki həllər, işlərin üzrə tövsiyələr, eləcə də alət və qurğular daxildir.

    T 14 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Müxtəlif təyinatlı sahələrdə həm rekonstruksiya, həm də yeni tikiti zamanı tamamlama, kommunikasiyaların gizlədilməsi, sahənin akustik xüsusiyyətlərinin yaxşılaşdırılması, tavanların səs izolyasiyası və odadavamlılığının yaxşılaşdırılması məqsədilə istifadə olunur.

Quraşdırma prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

 

 

  • daşıyıcı tavanın əsas profilin yerini müəyyənləşdirən (mərkəzdən başlayır) paralel oxlara bölünməsi işi yerinə yetirilir, çıraqların, havalandırma qəfəsələrinin və splinker qurğularının yerləri müəyyən olunur.
  • divar və sütunların haşiyələndirici KP-profilinə nəzərən nişanlanması işi yerinə yetirilir.
  • karkasın bir səviyyədə düzlənən profilləri quraşdırılır.
  • lövhələr quraşdırılır.

  • Tövsiyələr



  •  
  • Lövhələrin quraşdırılması bütün tikinti-montaj işləri, o cümlədən bütün “yaş” proseslər başa çatdıqdan, eləcə də döşəmə və pəncərələr quraşdırıldıqdan sonra aparılmalıdır.
  • İstilik sistemi məkanda 15-30°C temperatur təmin olunacaq dərəcədə işləməlidir. Havanın nisbi rütubətliliyi 70%-dən yüksək olmamalıdır.
  • Böyük çilçıraqlar, kondisionerlər və s. kimi asma elementlərin quraşdırılması onların sərbəst daşıyıcı konstruksiyalara asılması yolu ilə həyata keçirilməlidir.
  • KNAUF–AMF–THERMATEX lövhələrin üstündən əlavə istilik və səs izolyasiya materialı qatı qoyulduqda asqıların miqdarını tavanın çəkisinin artması ilə mütənasib olaraq artırmaq lazımdır.

 

 

  • T 14 komplekt sistemi konkret inşaat tapşırığını – torşəkilli asma tavanın yaradılması məsələsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
  • Asma tavanın yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı xeyli artır, belə ki, quraşdırma asan və tez aparılır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti xərclərinin ümumi azalmasına nail olunur.
  • T 14 torşəkilli asma tavanları əlavə bəzək-tamamlama işləri tələb etmir.
  • Otağın istilik və səs izolyasiyası keyfiyyətləri yaxşılaşır.
Göstəriciləri Ölçüləri
Tavanın bir kvadrat metrinin çəkisi plitələrin tipindən asılı olaraq 6,5-dən 10,8 kq-a qədər
Torun ölçüsü 600x600 mm

Komplekt sistemin tərkibi

Möv. Adı Ölçü vahidi m² üçün sayı
1a AMF plitələri (Termateks, Ekomin) 1,0
    və ya əvəzinə  
1b KNAUF-akustika plitələri 1,0
2 Uzununa T-profil 24/38 m 0,9
3 Əsas T-profil 24/38 m 0,9
4 Eninə T-profil 24/38 m 1,8
5 Alfa asqı teli ilə yaylı asqı əd. 0,8
    və ya əvəzinə  
5a Yaylı asqı Tvist əd. 0,8
5b Asqi teli əd. 0,8
6 Dekorativ künc profili 24/19 m *
7 Anker elementi əd. 0,8
8 Dübel K 6/35 əd. **

* miqdarı məkanın perimetrinə uyğundur.

** miqdarı sifarışçi tərəfindən 1 m künc profili üçün 2 dübel hesabı ilə təyin olunur.

netty2012