D 663

Daşıyıcı divara bərkidilmiş metal karkas üzərində bir və ya iki qat Knauf-gipslifli lövhədən ibarət üzlük D 623. Knauf komplekt sistemi.

KNAUF D 663 komplekt sistemi daşıyıcı divara bərkidilmiş metal karkasda KNAUF- lövhələrdən bir qat və ya iki qatlı divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar dəstidir.

Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-superlövhələrdən istifadə etməklə də yerinə yetirilə bilər.

Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

D 663 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.

Tətbiq sahəsi

Yaşayış, ictimai və istehsalat binalarında aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:

  • KO (45) konstruksiyalarının yanğın təhlükəsi sinfində odadavamlılıq hədləri üzrə normativ tələblər müəyyənedicidir;
  • təxliyə yollarında (vestibüllər, pilləkənlər, lift holları) və daşıyıcı konstruksiyaların oddan müdafiəsi üçün Q1, B1, D1, T1-dən artıq yanğın təhlükəsi olan materialların tətbiqinə yol verilmir.
  • divarların səs və istiliksaxlama (izolyasiya) qabiliyyətinin yüksəldilməsi tələb olunur.
  • təmir–bərpa (restavrasiya) işləri aparılır.
  • D 663 üzlüyü həmçinin, yanğın əleyhinə maneə qismində konstruktiv elementlər kimi istifadə oluna bilər. Onun tətbiqi inşaatın: konstruktiv sistem və tipləri, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, binanın mərtəbələrinin sayı, eləcə də iqlim və mühəndisi–geoloji şərtləri ilə məhdudlaşmır.
    Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı (məsələn, boyama, divar kağızları ilə üzləmə və s.) nəzərdə tutur.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Metal karkasın qurulması: layihə üzrə yerləşməsinin nişanlanması; istiqamətləndirici KNAUF-profillərin quraşdırılması; dayaq KNAUF-profillərin quraşdırılması.
  • Mühəndis kommunikasiyalarının çəkilməsi və səs–istilik izolyasiya qatının qurulması.
  • Üzlüyün karkasının haşiyə-kübələnməsi: üzlüyün divar və tavanın səthi ilə birləşmə yerlərinə ayırıcı lentin yapışdırılması; gipslifli KNAUF-superlövhələrlə haşiyə-kübələnmə; çatılma-qovuşuq yerlərinin və vint oyuqlarının məcunlanması. Çoxqatlı haşiyə-kübələnmələrdə gipslifli KNAUF-superlövhələrin növbəti qatlarının quraşdırılması hər qatda qovuşuq yerlərinin sonrakı məcunlanması ilə aparılır.
  • Səthin təmiz bəzək-tamamlama işləri üçün hazırlanması: ayırıcı lentin artıqlarının kəsilməsi: zərurət olduqda - məcunlanmış səthin cilalanması.

  • Tövsiyələr

    Məcunlanmadan əvvəl gipslifli KNAUF-superlövhələrin (GLL) kənarları KNAUF-Tifenqrud astarlığı ilə işlənir. KNAUF-superlövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
    Xarici üzlənmənin haşiyə-kübələri (qovuşma yerləri) əvvəlcədən çəkilmiş məcun qatına batırmaqla qoyulan armaturlaşdırıcı kağız lentlə (sərpingə - yeri seyrək pambıq parça) gücləndirilir.
    Yüksək rütubətli, suyun divarlara birbaşa təmas imkanının olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) üzlüklərin sədd konstruksiyaları və döşəmənin binövrə-əsası ilə birləşmə yerləri KNAUF-Flexendixtband tipli hidroizolyasiya lenti ilə hermetikləşdirilir, səthi isə KNAUF-Flexendixt tipli hidroizolyasiya mastikası ilə işlənir.

    D 663 daşıyıcı divara bərkidilmiş metal karkas üzərində KNAUF- gipslifli superlövhələrdən bir qat və ya iki qatlı üzləmə komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 66 Məlumat vərəqinə və D 66 Texniki vərəqinə bax.

  • D 663 komplekt sistemi konkret inşaat tapşırığını – divarların üzlənməsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
  • Üzlüyün yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır səth tamamlanmış (işlənmiş) səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
  • Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
  • Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – gipslifli KNAUF-superlövhə (GLL) “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və rütubət az olduqda onu ətraf mühitə “qaytarmaq” xassəsinə malikdir.
  • D 663 təməl divara bərkidilmiş metal karkasda gipslifli KNAUF-superlövhələrdən bir qat və ya iki qatlı üzlük əmək tutumlu təmir proseslərini və suvaq örtülərinin dəyişdirilməsini istisna etməyə imkan verir.
  • Profillərin karkasının bilavasitə daşıyıcı divara bərkidilməsi hesabına otağın maksimal effektiv məkanı qorunub saxlanılır.
  • Səs və istilik izolyasiyası materialları ilə doldurulma üçün konstruksiyanın hava aralıqlarından istifadə edilməsi.
  • Karkasın boşluluqlarına texniki şəbəkə-torların çəkilməsi imkanı.
  • Divarların səthinə maraqlı (əyrixətli) formaların verilməsi imkanı.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi (bir qat və iki qat) 17kq-a qədər, 33 kq-a qədər
    Üzlüyün maksimal qalınlığı (bir qat və iki qat) 45 mm-ə qədər, 58 mm-ə qədər
    Üzləmənin maksimal hündürlüyü 10 m-ə qədər

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 qat 2 qat
    1 KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm 1,0 2,0
    2 KNAUF-profili TC 60/27 m 2,0(2,4) 2,0
    3 KNAUF-profili TU 28/27 əd 0,7 0,7
    4 Birbaşa asqı 60/27 əd 0,7 0,7
    5 Kipləşdirici lent əd 0,8 0,8
    6 Dübel K 6/35 əd 1,6 1,6
    7 Şurup LN 9 əd 1,5 (2,7) 1,5
    8a Şurup MN 30 əd 14 (17) 6 (7)
    8b Şurup MN 45 əd - 14 (15)
    9 KNAUF-künc profili KP əd * *
    10 Profil uzadıcısı 60/27 əd * *
    11 Tikiş lenti m 0,75 (1,1) 0,75 (1,1)
    12 KNAUF-Fugen (Fugenfüller) məcunu kq 0,3 (0,45) 0,5 (0,75)
    13 KNAUF-Tiefengrund astar qarışığı l 0,1 0,1
    14 Mineralmahlıclı plitə mN 1,0* 1,0*

    ** sifarışçinin istəyinə əsasən.
    () mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012