D 611

Yapışqan üzərində bir qat Knauf lövhədən ibarət üzləmə D 611. Knauf komplekt sistemi.

KNAUF D 611 komplekt sistemi yapışqan üzərində divar üzlükləri üçün xüsusi olaraq seçilib yığılmış materialların tam komplektidir.

Bu sistemin fərqləndirici xüsusiyyətləri:

  • karkassız sistem;
  •  

  • KNAUF-gipskarton lövhənin daşıyıcı divara bərkidilməsi yapışqanın köməyi ilə həyata keçirilir.

  • Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

    D 611 komplekt sisteminin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.

    Tətbiq sahəsi

    Müxtəlif təyinatlı məkanlarda həm rekonstruksiya (yenidənqurma), həm də yeni inşaat işlərində tətbiq olunur.

  • kərpic və betondan olan daşıyıcı konstruksiyaların bəzək işləri;
  • tavanlardakı əyrılıklərin aradan qaldırılması;
  • sədd konstruksiyalarının səs izolyasiyasının artırılması;
  • sədd konstruksiyalarının istilik izolyasiyasının artırılması;
  • sədd konstruksiyalarının odadavamlılığının yüksəldilməsi (divarlar və üz örtüsünün odadavamlılıq həddinin və yanğın təhlükəsi sinfinin müvafiq yanğın–texniki göstərcilərlə nizamlandığı hallarda).
  • Əgər xarici divarların otaq tərəfdən isidilməsi tələb olunursa, onda üzlüklərin konstruksiyasında istilik-izolyasiya materialı nəzərdə tutulmalıdır.

    Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Üzlüyün tavan və döşəmədə layihə vəziyyətinin nişanlanması.
  • Daşıyıcı (baza) divarın toz və kirdən təmizlənməsi.
  • Yapışqanın çəkilməsi.
  • Lövhələrin (panellərin) divarda qurulması və onların tarazlaşdırılması (şaqul və 2 m-lik reyka vasitəsi ilə).
  • Tikiş yerlərinin məcunlanması.
  • Tavan və döşəmənin tikiş yerlərinin və aralıqların örtülməsi.
  • Təmiz döşəmənin qoyulması və üzlüyün dekorativ bəzək-tamamlama işləri.

  • Tövsiyyələr

    Yüksək nəmlik şəraitində (sanitar qovşaqlar, vanna otaqları, tualetlər) metal karkasla birlikdə KNAUF-gipskarton nəmədavamlı lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (misal üçün, vanna otaqları) lövhələrin səthini KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtmək lazımdır.
    Arakəsmə karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-gipskarton lövhələrin (GKLN) bərkidilməsi zamanı bunların karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı istisna edilsin.

    D 611 yapışqanlı bir qat KNAUF-lövhələrin tətbiqinə dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 61 Məlumat vərəqinə və D 61 Texniki vərəqinə bax.

  • D 611 komplekt sistemi konkret inşaat tapşırığını – divarlarda üzlüklərin yaradılması məsələsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
  • Üzlüyün yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır səth tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
  • Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
  • Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipskarton lövhə nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 12 kq-a qədər
    Üzləmənin minimal hündürlüyü 20 mm-ə qədər

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    KNAUF-lövhə (GKL, GKLN, GKLO) 1,0 
    Tikiş lenti m 0,75(1,1)
    KNAUF-Fugen (Fugenfüller) məcunu kq 0,3 (0,45)
    KNAUF-Fugen (Fugenfüller) məcunu (yapışdırıcı) kq 0,8 [A, C] 
    Knauf-Perlfix yapışdırıcı kq 3,5 [B, C] 
    Knauf-Lövhədən zolaq m 2,6 [C]
    KNAUF-künc profili KP əd *
    KNAUF-Tiefengrund astar qarışığı l 0,1 

    * sifarışçinin istəyinə əsasən.
    [ ] mötərizədə səthin hamarlığından asılı olaraq üzlənmə üsulları verilmişdir.
    A — hamar səthlər (beton, suvaq).
    B — nahamar sərhlər (nahamarlıq 2 sm-ə qədər, məsələn, kərpic).
    C — nahamar səthlər (nahamarlıq 2 sm-ə qədər, məsələn, daş hörgü, eni 10 sm olan GKL zolaqlarla düzləşdirmə, mövqe 6).
    () mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur

    netty2012