D 362

Bir qat metal karkas üzərində iki qat KNAUF-lövhələrdən ibarət arakəsmə D 362. Knauf komplekt sistemi.

KNAUF D 362 komplekt sistemi - arakəsmələrin yaradılması üçün hər iki tərəfdən iki qat KNAUF-gipslifli lövhələrlə (GLL) üzlənmiş profil metal karkasdan ibarət materiallar dəstidir. Arakəsmə konstruksiyası həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də yerinə yetirilə bilər.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 362 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Yaşayış, ictimai və sənaye-istehsalat binalarında yaşayış otaqları, mehmanxana nömrələri, iş otaqları, ümumi istifadədə olan otaqların və s. arasında arakəsmələrin qurulmasında tətbiq olunur.
Yüksək yanğın təhlükəsizliyi tələblərinin mövcud olduğu məkanlarda istifadə edilməsi tövsiyyə edilir. D 362 arakəsməsi yanğın əleyhinə maneə kimi istifadə oluna bilər.
Səs izolyasiyasını yaxşılaşdırmaq və arakəsmələrin hündürlüyünü artırmaq məqsədilə istifadə olunur.
Konstruksiyanın səthi son bəzək-tamamlama işləri üçün, məsələn, divar kağızları yapışdırma, rəngləmə, plitələrlə üzlənmə və s. üçün nəzərdə tutulub.

Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

  • Arakəsmənin layihə vəziyyətinin döşəməyə, tavana və daşıyıcı divarlara köçürülməsi.
  • D 362 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik açarı və qoşucu-özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində şaqili-istiqamətləndirilmiş KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi.
  • Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasındakı məkanda izolyasiya materialının bərkidilməsi.
  • Karkasın digər tərəfində KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi.
  • Son bəzək-tamamlama üçün KNAUF-gipslifli lövhələrin (GLL) arasındakı tikiş yerlərinin və bütün səthin astarlanması, məcunlanması.
  • Təmiz döşəmə qurulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlanması.

  • Tövsiyələr

    KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa kənarı (VK) üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dirəklərinin addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilməsi həyata keçirilir.
    Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və şurupların bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə yerinə yetirilir.
    Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin daşıyıcı konstruksiyalar və döşəmə əsası ilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.
    D 362 Bir qat metal karkas üzərində iki qat KNAUF-lövhələrlə Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.

  • D 361 komplekt sistemi konkret inşaat tapşırığını – yüksəldilmiş möhkəmlik göstəricilərinə malik yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • İnşaat konstruksiyalarının yanğın əleyhinə müdafiəsinin funksional səmərəliliyini alovun sıfır dərəcədə yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərində ümumi qənaətə nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • D 362 arakəsməsinin səthi istənilən bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səs izolyasiya keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipslifli lövhə “nəfəs almaq”, yəni izafi olduqda rütubəti udmaq və ətraf mühitdə rütubət çatışmadıqda onu yenidən “nəfəs verməklə” rütubəti buxarlandırmaq xüsusiyyətinə malikdir.
  • D 361 konstruksiyası ilə müqayisədə daha yüksək odadavamlılıq, səsudma və möhkəmlik göstəricilərinə malikdir.
  • Göstəriciləri Ölçüləri
    Bir kvadrat metrinin çəkisi 65 kq-a qədər
    Arakəsmənin maksimal hündürlüyü 9 m*-ə qədər
    Arakəsmənin qalınlığı 100-150 mm *.
    Səs izolyasiya indeksi, Rw 58 dB-ə qədər
    Odadavamlılıq həddi EI 90.

    * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

    Komplekt sistemin tərkibi

    Möv. Adı Ölçü vahidi. m² üçün miqdar
    1 KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm m2 4,0
    2 KNAUF-profili DU 50/40 (75/40, 100/40) m 0,7
    3 KNAUF-profili DC 50/50 (75/50, 100/50) m 2,0
    Şurup MN 30 əd 13 [14]
    46 Şurup MN 45 əd 29 [30]
    5 KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu kq 1,0 [1,5]
    6 Tikiş lenti m 1,5 [2,2]
    7 Dübel K 6/35 əd 1,6
    8 Kipləşdirici lent m 1,2
    9 KNAUF-Tiefengrund astar qarışığı l 0,2
    10 Mineralmahlıclı plitə m2 1,0
    11 KNAUF-künc profili KP əd **

    ** sifarışçinin istəyinə əsasən.
    [ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.

    netty2012