<h1>Flechendicht</h1>

Flechendicht

Flechendicht

Flexendixt

KNAUF-Flexendixt, hazır tərkib, həlledicisi olmayan kauçuk-bitum emulsiyadır, demək olar ki, bütün özüllərlə, məsələn, beton, əhəng, sement və gips suvaqla, gipskarton KNAUF-lövhələr və gipslifli KNAUF-lövhələr, kərpic və daş hörgü, azbestsement, ağac, ağac-yonqar və ağaclifli lövhələr, poliuretan, penoplast, metalla yaxşı bitişir. KNAUF-Flexendixt sağlamlıq üçün zərərsizdir, iyi və dadı yoxdur. 

Tətbiq olunur:

  • gips özüllərin izolyasiyası üçün (inşaat blokları, arakəsmələr üçün GKL və GLL plitələr, gips suvaq və s.);
  • üzlük plitə çəkilməzdən əvvəl suyun düşməsinə məruz qalan yerlərin izolyasiyası üçün;
  • zirzəmilərdə nəm və su əleyhinə ümumi izolyasiya və bünövrələrin emal edilməsi üçün;
  • yastı dam, terras, balkon və s. yerlərin isolyasiyası üçün;
  • üzlük plitə düzülməzdən əvvəl üzgüçülük hovuzlarının izolyasiyası üçün;
  • avtomaşınların alt hissələri və metal konstruksiyaların korroziyadan qorunması üçün.

Daxili və xarici işləri üçün nəzrdə tutulub.

Tətbiq prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:

  • Səthin hazırlanması.
  • Tərkibin çəkilməsi.

Məsrəf özülün quruluşundan və hiqroskopikliyindən asılıdır.

Minimal miqdar, çəkilən:

  • gipskarton lövhələrə - 1,0 kq/m2 (bir qat üçün ~350 q/m2);
  • digər sərt özül - 1,5 -2,4 kq/m2 (bir qat üçün — 500-800 q/m2).

 

Tövsiyələr

Özül sərt, təmiz və yağsızlaşdırılmış olmalıdır. Toz, lak ya da məhlul qalıqlarını kənarlaşdırmaq lazımdır.

Əvvəlcədən plastik örtüklü döşəmələrin yapışma qabiliyyətini yoxlamalı.

Çəkilmə zamanı temperatur +5°С-dən +25°С-dək olmalıdır. Quruduqdan sonra KNAUF-Flexendiht ultrabənövşəyi şüalanmaya, atmosfer təsirlərinə və temperaturun 40°С-dən +200°С-dək tərəddüdlərinə qarşı davamlıdır.

 

  • KNAUF-Flexendixt hidroizolyasiyası pasla örtülmüş dəmir səthlər ya da aşağı nəmliyə malik özüllərlə yaxşı bitişməyə malikdir.
  • Sağlamlıq üçün təhlükəsizdir, iyi və qoxusu yoxdur, onu içməli su üçün olan konstruksiyalarda tətbiq etmək olar.

Göstəricilər

Qiymətlər

Qablaşdırma

6 kq-lıq vedrə

Daşınma

60 vedrəlik altlıq

Saxlama müddəti

Donmayan sərin məkanda, yaxşı bağlanmış qablarda 15 ayadək

netty2012