<h1>">

"Knauf Marketing Baku" MMC-nin Baku Build 2013 Sərgisində

26 Oktyabr 2013
"Knauf Marketing Baku" MMC-nin Baku Build 2013 Sərgisində

23-26 oktyabr 2013-cü il tarixində Bakıda "Knauf Marketing Baku" MMC-nin ənənəvi iştirak etdiyi növbəti 19-cu Azərbaycan Beynəlxalq "İnşaat" Baku Build 2013 Sərgisi keçirildi. Sərgidə dünyanın 29 ölkəsindən 480 şirkət istirak etdi. Bu il, 4 tərəfdən açıq, 64 m²-lik sahədə Knauf şirkəti öz məhsullar qrupları və inşaat həllərini maksimal dərəcədə nümayiş etdirməyə çalışdı. Ön planda əsas vurğu quru inşaat qips qarışıqlarının təbliğatına yönəldilmişdi. Dünyada rəğbət qazanmış bu innovativ məhsulların yerli bazarda istehsalının başlanğıcı  gündən-günə gözlənilir – yerli kadrlar tərəfindən yerli xammalla istehsal etmək Knauf  şirkətinin əsas fərqləndirici xüsusiyyətlərindəndir.

Knauf-Rotband və MP-75 suvaqları, Fugen və Rotband Finish üzlük və üzlük doldurucu suvaqları, həmçinin Knauf-Perlfix montaj qarışığı Azərbaycanın inkişaf edən tikinti bazarında divar və tavanların yüksək keyfiyyətli işləmə texnologiyasında köklü dəyişiklik etmək üçün nəzərdə tutulublar.

Beynəlxalq standartlara uyğun olaraq "Gilan & Knauf" MMC-nin müəssisələrində istehsal olunan və artıq özünü yaxşı tərəfdən göstərən Knauf-Lövhə və Knauf-Profil məhsulların, GKL əsasında komplekt sistemlərin hərtərəfli üstünlükləri göstərildi – idrak modellər, yüksək keyfiyyətli Knauf komlektləşdiricilər, mineral mahlıclı Knauf İnsuleyşn izolyasiyası, müxtəlif çeşidli videolar və çap materiallar, tərcümə edilmiş və dövlət səviyyəsində qeydə alınmış müvafiq normativ sənədlər memarlara, layihəçilərə, inşaatçılara, sərmayəçilərə və özəl müştərilərə hazır həllərin üstünlüklərini təsdiq etdilər.

"Knauf Marketing Baku" MMC-nin usta-təlimatçıları tərəfindən Knauf-Klineo akustik plitələrdən yığılmış "sakit məkan" dəhlizi, xarici və daxili istifadə üçün, nəmədavamlı Knauf Akvapanel,müxtəlif formalı Knauf-AMF asma tavanlar, rentgen şualarından mühafizə edən Knauf- Safeboard, yüksək səsizolyasiyalı Knauf-Silentboard lövhələri və 15-dən artıq maketlər timsalında Knauf innovativ lövhə tipli materiallar əsasında olan sistemlər geniş işıqlandırıldı.

Müxtəlif şirkətlərin stendləri arasında fərqlənən Knauf "adacığı" açılış mərasimi prosesində və bütün sərgi zamanı daim bir çox ziyarətçilərin diqqətini cəlb edirdi.

 
Bütün xəbərlər >>>
netty2012
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort