KNAUF Şirkəti İnşaat Kollecinin tələbələrini sertifikatlandırdı
İnşaat Kollecinin 102 a1 və 82a1 qruplarında təhsil alan tələbələri Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində KNAUF Tədris Məsləhət Mərkəzində təcrübə keçiblər. Təcrübə ərzində tələbələrə gips və onun xüsusiyyətləri, quru inşaat sistemlərində istifadə olunan alətlərlə tanışlıq və onlarla işləmə qaydaları, gipskarton lövhələr, gipskarton sistemlərin karkasları, D111, D112, D113 tipli arakəsmə konstruksiyaları, AQUAPANEL sement plitələri, xüsusi təyinatlı lövhələr, cleaneo akustik lövhələr və AMF tavanlar və s. haqqında məlumat verilib, tətbiqi sınaqdan keçirilib.
Yekunda təcrübənin nəticələrinə uyğun olaraq tələbələrin qiymətləndirilməsi aparılıb. İnşaat Kollecinin direktor müavini Nicat Göyüşlü və təcrübə şöbəsinin müdiri Gülnarə Səlimova təcrübənin sonunda 60 fazidən yuxarı nəticə göstərən tələbələrə KNAUF şirkəti tərəfindən hazırlanan sertifikatları təqdim edib, onlara gələcək iş həyatında uğurlar arzulayıblar.
![]() |
![]() |
![]() |
---|---|---|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |