80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun sponsorluqu
"Knauf Marketing Baku" Şirkəti və Azərbaycan Memarlar İttifaqı ilə səmərəli əməkdaşlıq çərçivəsində bu il İttifaqının yaranmasının 80 illiyinə həsr olunmuş Yeni Poçt Markaların nəşrinin baş sponsoru kimi "Knauf Marketing Baku" Şirkəti çıxış edib.
May ayının 6-da Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun təqdimatı keçirilib.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, təqdim olunan albomda Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, İosif Qoslavski, İosif Ploşko, Mikayıl Useynov, Ənvər Qasımzadə kimi tanınmış memarların fəaliyyəti barədə məlumatlar öz əksini tapıb. E.Qasımzadənin sözlərinə görə, bu sahədə işlər gələcəkdə də davam etdiriləcək. Əsas məsələ odur ki, gələcək nəsillər ölkənin memarlıq sənətində dərin iz buraxmış bu insanları unutmasınlar.
Təqdim olunan markalar rəsmi poçt dövriyyəsinə buraxılır. Bununla bağlı xüsusi poçt möhürü də hazırlanıb.
"Knauf Marketing Baku" Şirkəti adında Azərbaycan Memarlar İttifaqının bütün kollektivini və üzvlərini səmimi qəlbdən təbrik edirik və fəaliyyətlərində yeni uğurlar arzu edirik!
|
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |