<h1>“Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans</h1>

“Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans

26 Oktyabr 2013
“Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans

24-25 oktyabr 2013-cü ildə  Bakı şəhərində “Seysmik baxımdan təhlükəsiz inşaat” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. Təşkilatçılar qismində KNAUF MDB qrupu və Azərbaycan Memarlıq və İnşaat Universiteti  çıxış etdilər.

Seysmologiya mövzusunun aktuallığı bu gün ilk növbədə, böyük sayda insan itkilərindən, təbii fəlakət hallarının artmasından və onların səbəb olduğu sosial qarışıqlıq və problemlərdən irəli gəlir. Konfransın keçirilməsi üçün Azərbaycan təsadüfən secilməmişdir, ölkənin 75%-ı seysmik aktiv zonada yerləşir.

Konfransın açılışını AzMİU-nun rektoru, professor, memarlıq doktoru G.H.Məmmədova edərkən, bildirdi ki, Azərbaycanda sürətlə inkişaf edən tikinti sənayəsi üçün daha müasir tikinti materialları və qabaqcıl tikinti texnologiyalar lazımdır.

Təbrik sözü ilə konfransda Knauf şirkətinin sahiblərindən biri, Almaniyada Rusiyanın fəxri konsulu Nikolaus Knauf çıxış etdi. O, qeyd etdi ki, bu gün "biz zəlzələnin qarşısını ala bilmərik, lakin biz daha seysmik dayanıqlı təhlükəsiz inşa işləri apara bilərik. Ona görə də biz bütün var gücümüzlə bu problemin həllinə qoşulmalıyıq". Cənab Knauf öz təcrübəsindən seysmik dayanıqlı tikintiyə aid nümunə göstərdi. 1999-ci ildə Mərmərə dənizi sahilində yerləşən İzmit şəhərində - yeni Knauf zavodundan yalnız bir kilometr məsafədə böyük bir zəlzələ iki min nəfərin həyatına son qoydu. Zəlzələ zamanı polad kontruksiyalardan inşa edilmiş bu zavoda heç bir əhəmiyyətli zərər dəyməmişdir. Quru inşaat texnologiyası əsasında tikilmiş bütün idarə və inzibati otaqlar heç bir xəsarət almamışdı. Amma istehsalat sexindəki kərpic hörgülü arakəsmələr demək olar ki, toza çevrildilər. Ənənəvi daş tikintili beşmərtəbəli evlər sadəcə olaraq çarpıldı və üç metr hündürlükdə daş qalaqlarına çevrildi, hansıların altında insanlar həlak oldular.

Konfransda Azərbaycanın, Gürcüstanın, Almaniyanın, Rusiyanın, İtaliyanın, İranın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, İsveçrənin aparıcı mütəxəssisləri təqdimatla çıxış etdilər. Seysmologiya sahəsində nüfuzlu dünya ekspertləri, biznes və elm nümayəndələri seysmik dayanıqlı tikinti sahəsində, binaların və qurğuların təhlükəsizliyində son inkişafları müzakirə etdilər.

Beynəlxalq elmi konfrans çərçivəsində seysmik təhlükəsizliyin müxtəlif sahələrini əhatə edən üç sessiya oldu:

  1. "Materialşunaslıq və texnologiyalar", seksiyanın sədri və plenar məruzəçi kimi çıxış etdi: AzMİU-nun İnşaat materialları kafedrasının müdiri, professor  Şirinzadə. İ. N. / Azərbaycan /;
  2. "Seysmik davamlılıq və dayanıqlıq", seksiyanın sədri kimi çıxış etdi: Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının prezidenti, texniki elmlər doktoru, professor Kusainov A.A. / Qazaxıstan /; Plenar məruzəçi kimi çıxış etdi: Moskva Dövlət İnşaat Universitetinin professoru, texniki elmlər doktoru Çincvelaşvili Quram / Rusiya /;
  3. "Seysmik davamlı konstruksiyaların layihələndirilməsi", seksiyanın sədri və plenar məruzəçi kimi çıxış etdi: Neapol “II Federiko” universitetinin mühəndis dizayn və memarlıq üçün konstruksiyalar kafedrasının rəhbəri, professor Landolfo Raffaele / İtaliya /.

Knauf qrupu seysmik dayanıqlı tikinti ilə bağlı alimlərin fikir mübadiləsinə xüsusi diqqət yetirir. Beləliklə, "Knauf"-un dəstəyi ilə Ankarada 2000-ci ildə birinci seysmik dayanıqlı tikinti mövzusunda beynəlxalq konfrans keçirilmişdir, bu konfransda bir çox ölkələrin müxtəlif universitetlərinin alimləri axırıncı zəlzələlərə dair təsirlər və nəticələr təqdimatı ilə çıxış etmişdilər. 2005-ci ildə  bu mövzu ilə bağlı iki növbəti konfrans Moskvada və Tehranda keçirildi.

Konfransda qətnamə qəbul edilmişdir. Bu qətnaməyə əsasən tövsiyyə edilmişdir ki, layihə müəssisələri yük götürməyən konstruksiyaların və seysmik aktiv zonalarda tikintilərin layihəsində quru tikinti materiallardan və texnologiyalardan istifadə etsinlər.

 
Bütün xəbərlər >>>
netty2012
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort