<h1>">

"Knauf Marketing Baku" MMC XXIII Beynəlxalq baxış-müsabiqəsinin sponsorlarında biri kimi çıxış etdi

19 Oktyabr 2014
"Knauf Marketing Baku" MMC XXIII Beynəlxalq baxış-müsabiqəsinin sponsorlarında biri kimi çıxış etdi

11-18 oktyabr 2014-ci il tarixində Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın ın (MOOCAO), Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda memarlıq və dizayn ixtisasları üzrə ən yaxşı buraxılış işlərinin XXIII Beynəlxalq baxış-müsabiqəsi keçirilib.

Müsabiqənin keçirildiyi yer - təhsil müəssisəsi və şəhər - hər il dəyişir. Bu müsabiqənin Bakıda təşkilinə dair qərar 2013-ci ildə Sankt-Peterburq şəhərində keçirilmiş XXII Beynəlxalq baxış-müsabiqəsində qəbul edilmişdir. Müsabiqədə 53 ali memarlıq məktəbi, memarlıq və dizayn ixtisasları üzrə mütəxəssislər hazırlayan respublika universitetləri, həmçinin ayrı-ayrı xarici və MDB ölkələrindən nümayəndələr iştirak etmişlər. 626 iş müxtəlif nominasiyalar üzrə təqdim olunmuşdur.

Müsabiqəni AzMİU-nun rektoru G.G.Məmmədova açıq elan edərək, öz çıxışında son illərdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair dövlət proqramına uyğun olaraq ölkəmizdə yüzlərlə məktəb və universitetlər tikildiyini və əsaslı təmir edildiyini qeyd etmişdir. Bu da öz növbəsində Azərbaycanda elmin, təhsilin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Həmçinin MOOCAO şurasının sədri Sergey Brovçenko salamlama nitqi ilə çıxış edərək, beynəlxalq tədbirin əhəmiyyəti, memarlıq və dizayn təhsilində əldə olunmuş nəticələrdən danışmışdır.

Baxış-müsabiqəsi çərçivəsində "Memarlıq Təhsilində İnnovasiyalar" mövzusunda elmi konfrans, dərs və dərslik vəsaitlərin müsabiqəsi keçirilmişdir. Baxış-müsabiqə memarlıqda suprematizm axını yaradan Lazar Hidekelin rəsm işlərinin sərgisi kimi də yaddaşlarda qalmaqdadır. Müsabiqə bir həftə davam edərək iştirakçılarının mükafatlandırılma mərasimi və MOOCAO-nun yekun iclası olan təntənəli bağlanış mərasimi ilə başa çatmışdır.

Artıq uzun illərdir ki, "Knauf Marketing Baku" MMC AzMİU ilə tərəfdaşlıq münasibətlərinə malikdir və universitetin təşkil etdiyi tədbirlərdə fəal iştirak edir və bu baxış-müsabiqəsi istisna olmadı. Bizim şirkət tədbirin əsas sponsorlarından biri kimi çıxış etmişdir. Müsabiqənin keçirildiyi məkanın tərtibatında bizim şirkət də iştirak etmişdir: KNAUF və AzMİU-nun tərəfdaşlığı, KNAUF məhsulları və həllərini əks etdirən plakatlar, idrak modelləri və çap materialları təqdim olunmuşdur.

Baxış müsabiqəsinin açılışına MDB ölkələrindəki KNAUF MDB qrupunun Marketinq şöbəsinin rəhbəri - İrina Aleksandrovna Terentyuk və Mərkəzi Təhsil şöbəsinin rəhbəri - Yelena Vladimirovna Parikova dəvət olunmuşdular. Müsabiqənin açılış/bağlanış, elmi konfrans tədbirlərində "Knauf Marketing Baku" MMC-nin mütəxəssisləridə iştirak ediblər.

Bütün xəbərlər >>>
netty2012
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort